Milli komandamızın sabiq üzvü, hazırda “Araz-Naxçıvan”da məqşçi kimi fəaliyyət göstərən Əfran İsmayılovun Qol.az saytına müsahibəsi
- Əvvəlcə milli komandamızın Avro-2024-ün seçmə mərhələsində Bakıda Avstriyada uduzduğu (0:1) oyun haqda fikirlərini bilmək istərdik.
- Əslində Avstriya ilə görüşdə millimizin yaxşı nəticə qazanmasına ümid çox idi. Çünki Belçika və Estoniya ilə yaxşı oynamışdıq. Seçmə mərhələdə çoxlu yersiz xallar itirmişik. İndi ümid çox idi ki, ən azı bir xal qazanacağıq. Sözün düzü, Avstriyanın son oyunlarına baxmamışdım. Onların gücündən çox danışırdılar. Amma gördük ki, dedikləri qədər deyil. Çox zəif, aciz bir komanda gördük. Elə bir yaxşı şansları da olmadı. Amma bizə çox rahat, gəzə-gəzə qalib gəldilər. Bir az sürəti artırsaydıq, qol da vurardıq, bəlkə də hesabda önə də keçə bilərdik. Yəni udulası oyun idi. Qalib gəlib ən azı 3-cü yer uğrunda mübarizə apara bilərdik.
- Millimizin yaxşı nəticə qazanması üçün nə çatmadı?
- Oyunu stadiondan izləyirdim. Gördüyüm o idi ki, orta xətt gözlədiyimiz oyunu vermədi. Ola bilər ki, Coşqun Diniyev və Emin Mahmudovda yorğunluq var idi. Estoniya ilə görüşdə yaxşı çıxış etmişdilər. Baş məşqçi De Byazi isə oyunçu dəyişikliyi etmədi. Bu adam hər oyunda nəsə bir qeyri-adi şey edir. Bu görüşdə isə yetəri qədər oyunu dəyişə biləcək futbolçumuz olsa da, onları meydana buraxmadı.
- Hesabda geridə olsaq da, De Byazi dəyişiklik edib hücum xəttini gücləndirmədi.
- Üç mərkəz müdafiəçisini sona qədər meydanda saxladı. Hələ buna şükür etmək lazımdır. Əvvəl 7 müdafiəçi ilə oynadırdı komandanı. Bu, De Byazidə xəstəlikdir. Musa Qurbanlı, Elvin Camalov, Filip Ozobiçdən istifadə etmək lazım idi. Ən azından öz komandalarında aktiv futbolçulardır. Bilirsən ki, hamı yorulub, niyə komandaya yeni nəfəs vermirsən? İndi çox yaxşı heyətimiz var. Son illərdə belə komandamız olmayıb. Komanda deyəndə futbolçuları nəzərdə tuturam. Millimizdə xeyli legioner var. Hər biri ayrı-ayrılıqda yaxşı futbolçulardır. Amma millidə onları bir yerə yığan yoxdur. Deməli, problem baş məşqçidədir. Hər birimiz üçün ən vacib olan milli komandadır ki, bu futbolçular orada istənilən kimi çıxış etmirlər. Komandanı bir yerə yığmaq da baş məşqçinin işidir.
- Millimiz 6 oyuna 4 xal toplayıb və 4-cü yerdədir. Bundan artığını bacarmaq olardı?
- Əlbəttə. Bir çox oyunda yersiz xal itirmişik. Belçika və Avstriya bizdən güclü olsa da, 3-cü yer üçün oynaya bilərdik. İndi gözləyirik ki, İsveçi evdə udaq. Sonra necə olacaq, bilmirik.
- Canni De Byaziyə millimizdə həddən artıq şans verildiyini düşünənlər çoxdur. Sənin fikrin necədir?
- Buna rəhbərlik qərar versə də, şəxsi fikrim odur ki, De Byaziyə kifayət qədər şans verilib. Mən məşqçiyə şans verməyin tərəfdarıyam, amma milli komandadan söhbət gedir. Gələn-gedən bizi udmamalıdır. Məncə, artıq bəsdir. Milliyə yeni nəfəs lazımdır. Yeni baş məşqçi azərbaycanlı olsa, daha yaxşı olar. Çünki yerli məşqçilər futbolçuları daha yaxşı tanıyır. Bu isə bizə üstünlük verə bilər. Hazırkı heyətimiz onsuz da keyfiyyətlidir. Bircə qalır onları komanda şəklinə salmaq. Heyətdəki futbolçuların hər biri ayrılıqda yaxşı ola bilər, amma komanda oyunu istənilən kimi deyil.
- Amma De Byazi hələ də oyunlardan sonra deyir ki, ona vaxt lazımdır.
- De Byazi nə deməlidir k? Özünü sığortalamaq istəyir. Artıq 3 ildir burdadır. Çıxıb futbol göstərmək lazımdır. Bu cür heyətlə oyun göstərə bilmirsənsə, deməli, problem səndədir.
- Həm də De Byazi tez-tez millimizin keçmiş oyunlarını, statistikanı yada salır. İndi millidə inkişaf olduğunu deyir.
- Bunları danışmaq məşqçinin zəifliyidir. Normal məşqçi belə sözlər danışmaz. Normal məşqçi hər şeyi komandası ilə meydanda göstərir. Qoy bunları qıraqdakılar desin. Sən özünü nə qədər tərifləsən də, hər şeyi görürük. Belə yersiz danışıqlar lazım deyil.
- “Araz-Naxçıvan”da işlər necə gedir?
- Hər şey qaydasındadır. Elə özümüzü misal çəkmək istəyirəm. De Byazi 3 ildir deyir ki, komanda yığırıq, vaxt lazımdır. Biz “Araz-Naxçıvan”ı 1 həftəyə yığmışıq. Toplanış keçməmişik, o qədər problemlərin içində yaratmışıq bu komandanı. Təbii ki, Azər Bağırovun rəhbərliyi ilə görülən işlərdir. Bu, De Byazi üçün nümunə olmalıdır. Hamı düşünürdü ki, “Araz-Naxçıvan” necə olacaq, gələn vuracaq, gedən vuracaq. Hər şey çox gec oldu. Ən sonda transferlər edildi. Bu, məşqçi amilidir. Düzgün heyət seçdi, yaxşı komanda qurdu. Bizdə hamı çox mehribandır. Həqiqətən Azər müəllimin bu işi bir nümunədir. De Byazi, sənin təcrübənin heç 5 faizi Azər Bağırovda yoxdur. Amma onun komandasına da bax, səninkinə də. Düzdür, marafon uzundur, bilmək olmaz “Araz-Naxçıvan” neçənci olacaq, amma reallıq odur ki, komanda istənilən rəqiblə başabaş mübarizə aparır, “Qarabağ”, “Neftçi” və digərlərindən çəkinmir. Əsas odur ki, komanda futbol oynayır, perspektiv var.
- Bir müddət əvvəl minifutbol komandası yaradacağını demişdin. Bu məsələ nə yerdədir?
- İşlər gedir. Minifutbol Federasiyasının rəhbərliyi bizə böyük dəstək verir. 5-ci gündən məşqlərə başlayacağıq. Xətai Bağırov baş məşqçimizdir. Demək olar ki, milli komandanın keçmiş üzvlərindən 90 faizi komandadır. Rauf Əliyev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Elvin Məmmədov, Rail Məlikov, Mahir Şükürov, Vaqif Cavadov, İlqar Qurbanov, Ruslan Əmircanov, Ruslan Abışov və mən komandanın əsasını təşkil edəcəyik. Bir nəfər heyətə baxıb, dedi ki, bircə Berti Foqts çatmır. Həqiqətən də hamısı Berti Foqtsun dövründə olan futbolçulardır. İstəyirik ki, formada qalaq. Onsuz da gedib hardasa pul verib oynayırıq. Elə bu komandada həftədə bir dəfə oynayacağıq. Şükürlər olsun ki, bunu əmələ gətirə bildim. Minifutbola marağım həddindən artıq çoxdur. İnşallah 5-ci gündən məşqlərə başlayacağıq. Gələn ay isə çempionata start verəcəyik.
- Komandanın adı nə olacaq?
- Bununla bağlı danışıqlar gedir. Üç ad fikirləşmişdim. “Qarabağ”, “Xocalı” və “Xankəndi” variantı var. Çox güman ki, “Qarabağ”la danışıb razılaşmaq mümkün olacaq. Ola bilər ki, “Qarabağ” da bu ada görə bizə dəstək olsun. Alınsa, elə bu dəstəklə çıxış edəcəyik.
Ramiq Ağaməmmədov
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
Konfrans Liqasında 1/8 final həyəcanı
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Avropa Liqasında 1/8 final başlayır
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?