Vüsal oynadı, komandası böyük hesabla qalib gəldi

Vüsal oynadı, komandası böyük hesabla qalib gəldi
ÖLKƏ FUTBOLU 7 Oktyabr 2023 / 12:00 2342
-  A +

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında 8-ci tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, sözügedən komanda 8-ci tur çərçivəsində evdə Tirana “Dinamo”su ilə qarşılaşıb.

Görüş Vüsalın komandasının qələbəsi ilə başa çatıb - 3:0. İsgəndərli oyunda start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Eqnatiya" hazırda 16 xalla 1-ci pillədə qərarlaşıb.

"Eqnatiya" - "Dinamo" - 3:0

Qollar: Pouluskas, 26, Arbin Zeynullai, 32, Alessandro Ahmetay, 88

Qırmızı vərəqə: Blend Krasniqi, 72 ("Dinamo")

Daha çox


Son xəbərlər
topaz banner