“Araz-Naxçıvan”ın futbolçusu Nuno Rodriqes klubun mətbuat xidmətinə müsahibə verib. Qol.az həmin müsahibəni təqdim edir:
- “Zirə” ilə oyundan sonra özünü necə hiss edirsən?
- Açığı, oyun çox gərgin keçdi. Bunu gözləyirdik. Çünki qarşımızdakı komanda turnir cədvəlinin zirvəsində yer alırdı. Hazırlığımızı da buna uyğun görmüşdük. Bu komandanın oyun üslubu da fərqli idi. Bizə isə yaxşı oynamağımıza rəğmən yenildiyimiz “Səbail”lə matçdan sonar mütləq qələbə qazanmaq lazımdı. Səbirlə oynadıq, az səhv etdik və lazım olan qolu vurduq. İqorun qırmızı almasına üzüldüm.
- Özünü oyunun qəhrəmanı hesab edirsən?
- Elə deməzdim. Futbol komanda oyunudur və biz kollektiv olaraq bu qələbəni qazandıq. Qolu mən vurdum, amma ona qədər gör neçə futbolçumuz əziyyət çəkdi. Abdulla cinahı təkbaşına yardı və topu mən olan nöqtəyə qədər daşıdı. Qəhrəman yox, xoşbəxtəm, çünki komandamın qələbə qazanmasına kömək edə bildim, liqada ilk qolumu vurdum. Komanda olaraq ən yaxşı oyunlarımızdan birini keçirdik. Kiminsə əməyini itirmək, qiymətləndirməmək olmaz.
- Birinci dövrənin yekunlaşmasına cəmi bir tur qalıb. “Araz-Naxçıvan”ın çıxışını necə dəyərləndirirsən?
- Mövsümün əvvəlindəki vəziyyətimizi hər kəs bilir, yenidən onları sadalamaq istəmirəm. Bu günə qədər baş verənləri analiz etsək, müsbət dinamika və inkişaf edən “Araz-Naxçıvan” görərik. Ancaq bununla kifayətlənmək olmaz. İnkişaf daimi və davamlı olmalıdır.
- Dövrəyə “Sabah”la matçla yekun vurulacaq. Ötən mövsümün bürünc medalçısı ilə görüşdən gözləntin nədir?
- İndiyə qədər keçirdiyimiz oyunların hamısı çətin keçib. Bu görüş də istisna deyil. Ancaq baş məşqçimiz heç vaxt bizə heç-heçə etmək tapşırığı verməyib. Digər oyunlara qələbə istəyi ilə çıxdığımız kimi, bu dəfə də 3 xal qazanmaq üçün səfərə çıxacağıq. İstəyirik dövrəni major notlarla yekunlaşdıraq və milli komandaların oyunları ilə bağlı yaranacaq fasiləyə müsbət əhvalla yollanaq.
- Premyer Liqa haqda nə deyə bilərsən? Gözlədiyindən daha maraqlı keçir, yoxsa təxmin etdiyin kimi davam edir?
- Misli Premyer Liqasının öz özəlliyi var. Portuqaliyada öyrəşdiyimdən fərqli, amma eyni dərəcədə rəqabətli və cəlbedici bir liqadır. Sadəcə,buradakı komandaların oyun üslubu başqadır.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi