"Kəpəz" klubunun İdarə Heyətinin sədri İlqar Nadiri Qol.az saytının suallarını cavablandrıb.
- İlqar müəllim, Gəncə şəhər stadionunun sökülərək yerində yeni arenanın tikiləsimə qərar verilib. Stadionda işlər nə vaxt başlayacaq?
- Bu işləri Gənclər və İdman Nazirliyi görəcək. Stadion onların balansındadır. Ona görə də onlar daha yaxşı məlumat verə bilərlər. Əslində tam yekun qərar yoxdur, amma planda var ki, indiki stadionun yerində yeni bir arena inşa olunsun.
- “Qəbələ” ilə ev oyunundan sonra stadionda söküntü işlərinə başlanacağı deyilirdi.
- Bu, tam olaraq rəsmi məlumat deyil. Amma işlərə başlanması gözlənilir.
- Yeni arenanın azarkeş tutumu 16 min olacaq?
- Say da şərti olaraq göstərilib. Ola bilər ki, daha çox olsun.
- Gəncənin böyük şəhər olduğuna görə 16 minlik yerin az olduğu müzakirə edilir.
- Bəli, bilirəm. Amma aparılan müzakirələrdən sonra stadionun tutumu da tam dəqiq bilinəcək. Hər şey tələblərə cavab verən şəkildə olmalıdır.
- Stadionda işlər başlayanda “Kəpəz” ev oyunlarını harada keçirəcək? Bildiyimizə görə, Tovuz və Qəbələ varinatı var.
- Qeyd etdiyim kimi, yekun qərar verilməlidir və bundan sonra klub olaraq biz uyğun olan varinatı seçməliyik.
- “Kəpəz”in uğursuz çıxışları davam edir. Komandanın hazırkı durumu ilə bağlı nə düşünürsünüz?
- Bununla bağlı indi fikir bildirmək əslində doğru olmaz. Çünki çempionatda hələ 7 tur keçirilib. “Kəpəz”də isə heyəti tam istədiyimiz kimi komplektləşdirməmişik. Komandaya bir neçə gün əvvəl qoşulan oyunçular da var. Bu səbəbdən tam fikir bildirmək istəmirəm, amma bizi də komandanın bu durumu, göstərdiyi oyun narahat etməyə bilməz.
- “Kəpəz” Gəncədə keçirdiyi beş oyunun dördündə uduzub. Baş məşqçi Azər Məmmədov ev oyunlarında komandanın üzərində təzyiq olduğunu deyir.
- Bəli, təzyiq var. Qarşıdan milli komandanın oyununa görə fasilə gəlir. Bu fasilədən düzgün istifadə edib qələbələr qazanmaq lazımdır.
- Sizcə, azarkeşlər istefa şüarlarında tələsirlər? Yəni komanda bundan artığını edə biləcək?
- Təbii ki, azarkeşlər tələsirlər. Onları da başa düşürəm, nəticə istəyirlər, amma hər halda dəstək olsalar, daha yaxşıdır. Bu halda komandaya kömək etmiş olarlar.
- “Qəbələ” ilə dünənki oyunda da azarkeşlər komandanı fitə basdılar.
- İnşallah komanda oyununu düzəldər və azarkeşləri sevindirər.
- Dünən oyundan sonra azarkeşlər klub rəhbərliyini də istefaya səslədi. Bu haqda nə deyə bilərsiniz?
- Əslində bu məsələlərlə bağlı indi fikir bildirmək istəmirəm. Biz klub olaraq minimum imkanlarla maksimum işlər görməyə çalışırıq. Bizim nə böyük sponsorumuz var, nə də maddi imkanlarımız ki, daha böyük işlər görək. Çempionatın səviyyəsi də yüksəkdir. İndi zəif komanda yoxdur. Ötənilki çempionat builki ilə bir tutulmamlıdır. Hər bir komandanın heyəti kifayət qədər güclüdür. Hər birinin zəngin heyəti var.
- Yəni düşünürsünüz ki, azarkeşlər hədəfi düzgün seçmir? Bu imkanlarla daha yaxşısını etmək alınmır?
- Təbii ki, hədəf düzgün seçilmir. Komandaya dəstək olmaq lazımdır. Etiraz etməklə çox şey dəyişmək olmaz. “İstefa” qışqıranda futbolçu fərqli oyun göstərmir. Əksinə mənfi təsir edir. Futbolçu təzyiq altında oynayır. Həm də belə hallar olanda kluba sponsorluq edə biləcək iş adamları da bunu görür. Xoşagələn hal deyil.
- “Kəpəz” Premyer Liqada sponsorsuz çıxış edən komandadır. Maliyyə durumu eyni olaraq qalır? Kluba sponsorluq etmək istəyən yoxdur?
- Bəli, sponsoru olmayan yalnız bizik. Xeyr, hələ ki, heç bir yenilik yoxdur.
Ramiq Ağaməmmədov
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər