"Ağır oyun oldu. Yəqin ki, heç-heçə ədalətli nəticədir. Son oyunlarda buraxdığımız səhvlərdən sonra qalib gəlmək çətindir. Qələbə qazanmağı çox istəyirdik. Neçə oyundur ki, standart vəziyyətlərdən qollar buraxırıq. Çox şərh vermək istəmirəm. Təəssüf ki, belə alındı".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 8-ci turunda səfərdə "Səbail"lə 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
M.Musayev Ceyhun Nuriyev və Nicat Mehbalıyevin onun yox, rəhbərlik tərəfindən əvəzedici heyətə göndərildiyi haqda məlumatlara münasibət bildirib: "Heyətə 23 futbolçunun adını qeyd etmək olur. Siyahıya 24-25 oyunçu daxil edə bilmərik. Ceyhun və Nicata gəlincə, mənim icazəmlə olan məsələdir. Siz klubun rəhbərisiniz, uşaqları yetişdirirsiniz, avrokuboklarda oynayırlar, milliyə düşürlər. Ona deyirsiniz ki, müqaviləni artır və "Turan Tovuz"a icarəyə get. Müqaviləni uzatmırlar. Amma sən onun yetişməsində nə qədər iş görmüsən. "Turan Tovuz" onu gözləyirdi. Get oyna, daha sonra gəl əsas heyət uğrunda mübarizə apar. Nicatla da eyni vəziyyət idi, o da dedi ki, müqaviləni artırmaq istəmirəm. Bir mənada da futbolçular kluba hörmət etməlidir".
Mütəxəssis "Sabah eyni vəziyyət özünüzlə bağlı yaransa, necə olacaq? Məsələn, "Mançester Yunayted" sizi istəsə, necə yanaşacaqsınız?" sualına bu cür cavab verib: "Müsbət".
O, "qara zolaq"dan çıxmaq üçün qələbənin çatışmadığını deyib: "Yəqin ki, bir qələbə çatışmır. İki ildə etmədiyimiz səhvləri edirik, qollar buraxırıq. Bu da gücümüzü alır. Uşaqlar məşq edir, məşqlər yaxşı gedir, atmosfer normaldır. Sadəcə çox kobud səhvlərə yol veririk. Futbolçularda da əsəbilik var".
M.Musayev bugünkü matçda qol ötürməsi verən futbolçusu İshak Belfodilin oyunu haqda da danışıb. O, İshakın növbəti oyunlarda start heyətdə yer almaq şansının az olduğunu deyib: "Nə qədər hazır olduğunu bilmək lazımdır. Tam hazır deyil. İlk dəqiqələrdən oynaması üçün şansı azdır. Bizimlə üç həftədir ki, məşq edir. Start heyətində başlaması üçün şansı çox deyil".
M.Musayev "Səbail"in qolunun ləğv olunmasına da toxunub: "Ofsayd var idi. Mənim kiçik televizorum var. Baxdım ki, ofsayddır. Amma VAR-da oturanlar var. Görünürdü ki, forvard qapıya daha yaxın idi".
Ötən tur "Kəpəz"lə görüşdən (2:2) sonra Murad Musayev rəqib komandanın vaxtı çox uzatmasından şikayətlənmişdi. Hətta o, “Mənim komandam nə vaxtsa belə oyun sərgiləsə, futbolu atıb gedib başqa işlə məşğul olaram” cümləsini də işlətmişdi. "Kəpəz"in baş məşqçisi Azər Məmmədov bu məsələyə münasibət bildirərkən M.Musayevi tənqid etmişdi. M.Musayev isə bugünkü mətbuat konfransında yenidən "Kəpəz" haqda fikirlər səsləndirib: "Kəpəz"lə bağlı sözlərimə əlavə etmək istəyirəm. Mən "Kəpəz" haqda pis söz deməmişəm. Biz niyə oynayırıq? Əksəriyyət klublar avrokuboklar üçün oynayır. 10-cu dəqiqədən vaxt aparsaq, necə olacaq? "Kəpəz" yaxşı komandadır, yaxşı oynayır. Demək istəyirəm ki, gəlin oynayaq. Onsuz da Avropaya çıxanda fərqli olacaq. Amma biz burada 90 dəqiqənin 30 dəqiqəsini oynayırıq. İndidən özümüzü hazırlamalıyıq. "Kəpəz" yaxşı işlər görür. Amma bizimlə oyunda etmək istəmədi. "Kəpəz"in baş məşqçisi yaxşı mütəxəssisdir, komandası yaxşıdır. Amma gəlin futbol oynayaq. Niyə vaxt aparırıq? Futbolçu vaxt aparanda temp olmur. "Kəpəz"ə uğurlar arzu edirəm. Onlar haqda pis söz deməmişəm. Komandama deyim ki, qol vuraq, 90 dəqiqə uzanaq? Deyərəm ki, gəlin ikinci qolu vuraq".
Mütəxəssis "Bəs siz "Real" və "Barselona" ilə oynasanız, onda belə olmazdı" sualını cavablandırıb: "Taktiki hiyləgərlik var. Həkimi çağırmaq olar. Amma bu, 88-ci dəqiqədən sonra olar, 10-cu dəqiqədən yox da. Mən belə etməzdim. "Sevilya"ya qarşı oynamışam. Onlar Avropa Liqasın qalibi olmuşdular. 2:0 udurduq, üçüncünü vurmaq istəyirdik. Vaxt aparmırdıq. Sizə söz verirəm ki, belə edərdim. Mənim üçün futbol emosiyadır. İki məşqçi var, kimsə uduzmaq istəmir, kimsə qalib gəlmək istəyir. "Kəpəz" oynaya bilir, onlar "Qarabağ"a qarşı yaxşı oynamışdı. Mən həmkarlarıma toxunmuram. Heç bir məşqinin xətrinə dəymək istəmirəm".
"Mançester Yunayted"in futbolçusu sıradan çıxdı
Turin klubu yeni baş məşqçisini açıqladı
Futbolçuya həm cərimə, həm 6 aylıq qadağa tətbiq olundu
La Liqa matçlarında ən çox ötürmə edən futbolçular kimlərdi?
Dibala vətəninə qayıdır
Gedirlər - Şəkillər
“Neftçi”də 9 nömrə əbədiləşdirildi
"Onun etdiklərini heç vaxt unutmayacağam"
"Barselona" maliyyə pozuntuları ilə bağlı bəyanat yaydı
Cüdoçularımız "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər
İrqçi davranışına görə "Real"la oyunu buraxacaq
Superliqa klubları bugünkü matça itkilərlə çıxacaq
FİFA-dan yeni qayda təklifi: futbolçular gözləməli olacaq
Böyük hesabla uduzdular, baş məşqçini göndərdilər
Stadnik Azərbaycan millisinin böyük məşqçisi oldu
2-ci liqada ilin ilk oyunları keçirildi
Emreli: “Daha çox qol vurmaq istəyirəm"
Millimiz Tacikistana uduzdu
Qızının səhhətində problem yarandı - Millidən istefa verdi
"Nyukasl"la oyunda yaxşı nəticə əldə edə bilərik" - Montiel
“Sabah”dan ardıcıl 10 qələbə və rekord
Modriç "Dinamo"ya qayıda bilər
PFL-dən Ayxan Abbasova cavab - “Bunu demək etik deyildi”
Ozobiçdən 70-ci qol
“Neftçi” etdi, indi növbə “Qarabağ”dadır…
“Bakı” klubunun mənə 180 min dollar borcu qaldı” - Müsahibə
Güləşçimiz Belarusda qızıl medal qazandı
Davit Volkov 100-ə çatdı
O tribunaya Anatoli Banişevskinin adı verildi - Şəkillər
Fransa klubunun yeni baş məşqçisi açıqlandı
Derbidə tribunalar yandırıldı - Video
Misli Premyer Liqasında mövsümün yeni antirekordu
Coy-Lens Mikelsin yubiley oyunu
"Milan"da ağır itki
Keyn "Barselona"ya keçəcək, ya yox?
“Beşiktaş”dan darmadağın
Azərbaycan kubokunun qalibi bilindi
"Arsenal" derbidə 4 qolla qalib gəldi - Video
Messidən skandal hücum - Video
"Qarabağ"ın "Nyukasl"a qarşı hazırlıq məşqindən - Şəkillər
Qış Olimpiya Oyunlarına yekun vuruldu
"Yuventus"un baş məşqçisinin taleyi 2 matçdan asılıdır
PSJ onunla müqaviləni yeniləyir