“Bilirəm ki, statistika hər bir hücumçu üçün vacibdir. Təbii ki, mən həmişə matçlarda mümkün qədər yaxşı çıxış etməyə, çox qol vurmağa, komandaya kömək etməyə çalışıram”.
Qol.az xəbər verir ki, bu sözləri Zaqreb “Dinamo”sunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli deyib.
O, Xorvatiyanın “Sportske Novosti” nəşrinə müsahibəsində hazırkı formasından razı olduğunu bildirib: “Amma bilirəm ki, daha çox şey edə və daha da inkişaf edə bilərəm. Təəssüf ki, komanda yoldaşım Dario Şpikiç zədələndi, amma buna görə şansım oldu. Mənə etibar etdiyinə görə baş məşqçimizə təşəkkür edirəm. Mənim vəzifəm “Dinamo”nun start heyətində olmağa layiq olduğumu göstərməklə ümidləri və etimadı doğrultmaqdır. Təbii ki, hər bir futbolçu mümkün qədər çox oynamaq istəyir. Məncə, bu normaldır”.
26 yaşlı hücumçu oktyabrın 1-də Xorvatiya çempionatının 10-cu turunda “Hayduk”la keçiriləcək derbi oyununu səbirsizliklə gözlədiyini bildirib: “Bu gündən etibarən hamımız “Hayduk”la qarşıdakı oyuna tam hazırıq. Çərşənbə günü kubok matçı olub. Biz bu mərhələni uğurla keçdik və indi yeganə məqsədimiz səfərdə üç xal qazanmaqdır. Bizi çətin qarşılaşma gözləyir. Splitdə həmişə belə olur, amma mən də bilirəm ki, bizim azarkeşlər gələcək. Derbi olacaq. Hər bir futbolçu kimi mən də bunu səbirsizliklə gözləyirəm. İlk 11-likdə oynayıb-oynamayacağıma məşqçi qərar verəcək. Mən oynamağa hazıram və həvəsliyəm. Xüsusən də söhbət “Hayduk”dan gedirsə. Onu da vurğulamaq istəyirəm ki, əsas heyətdə oynamağın və ya ehtiyat oyunçular skamyasından düşməyinin fərqi yoxdur. Çox vaxt ehtiyatdakı oyunçular meydana daxil olaraq komandalarına üstünlük qazandırırlar. Komandanın bütün futbolçuları oynamalıdır”.
M.Emreli “Hayduk”la matçda qol vurmaq istəyində olduğunu qeyd edib: “Yəqin ki, derbidə qol vuranda daha zövqlü olar. Ümid edirəm ki, bir gün mənim də belə bir fürsətim olacaq. Ancaq yenə də mənim üçün bu, ən vacib şey deyil. Əzmlə oynamaq və ən yaxşı komanda olduğumuzu göstərmək vacibdir. Bəli, biz son çempionuq. Bu da bizim üçün əlavə motivasiyadır. Mən həqiqətən bu oyun üçün səbirsizlənirəm”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi