Misli Premyer Liqasını 7-ci turunda səfərdə “Səbail”in qonağı olan "Araz-Naxçıvan"ın ən çox diqqət mərkəzində olan futbolçusu kapitan Orxan Əliyev olub.
Qol.az xəbər verir ki, çempionatda vurduğu 3 qolla komandanın hələ ki ən sərrast oyunçusu olan Əliyev “Səbail”lə matçda da azı 2 dəfə rəqib torunu silkələməyə yaxın olub. .O, klubun rəsmi saytına müsahibəsində "Səbail"ə uduzduqları oyundan (0:1) və "Zirə" ilə qarşıdan gələn matçdan danışıb.
- “Səbail”lə oyun nə ilə yadda qaldı?
- Maraqlı oyun oldu. “Araz-Naxçıvan” Premyer Liqaya bu il yüksəlsə də, oyun planında yaxşı mənada təəccübləndirir hər kəsi. Çalışırıq oyunun meydanın rəqibə aid hissəsində keçirək. Qol vurmaq üçün epizodlarımız da çox oldu. Onların hansısa birinindən düzgün istifadə edə bilsəydik, nəticə fərqli olacaqdı. Təəssüf ki, üstün oynadığımız oyunda məğlub olduq. Futbolun bu tərəfi də var.
- Demək olarmı, oyunun nəticəsini sənin qaçırdığın epizodlar həll etdi?
- Futboldur də, fərqlənmək üçün epizod hər zaman olur. Əlbəttə, mən də yaxaladığım qol epizodlarını dəyərləndirməyi hamıdan çox istəyirdim. Bilirəm, dünən qaçırdığım imkanlara görə məni qınayırlar. Özüm də pis olmuşam. Anlayıram ki, hər şeyi dəyişə bilərdim.
- Tələsirdin?
- Tələsmirdim. Birinci epizod zamanı cərimə meydançasına girən zamanı zaman bir ötürmə ilə zərbə vurmaq istədim, alınmadı. Sonrakı imkan zamanı uzaq küncü nişan almağa çalışdım, bu dəfə də məqsədimə çata bilmədim, top qapıçıya dəydi. Təəssüflənməmək olmur.
- Bu matçdakı nəticə hər iki komandanın turnir cədvəlinin üstü sıralarında qərarlaşmasına kömək edəcək, həm də aşaığ pillələrdəki digər klublarla xal fərqini artıracaqdı…
- Razıyam, biz qələbə qazansaydıq, ikinci pilləyə yüksələcəkdik. Çox pis olmuşam. Yadıma düşəndə heyifslənirəm.
- Növbəti oyun lider “Zirə”yə qarşı olacaq. Bu duellə bağlı nə düşünürsən?
- Bu gün bərpa məşqi keçdik. Oyunun hazırlığına sabahdan başlayacağıq. Güclü rəqibdir. Birinci yerdə qərarlaşmaları təsadüfi deyil. Yaxşı hazırlaşmalıyıq ki, qələbə qazanaq. Şansımız var. Ümumiyyətlə, biz heç vaxt meydana çıxanda heç-heçə haqda düşünməmişik. Baş məşqçi bizdən hər zaman qələbə istəyir. Onun oyun fəlsəfəsi burdur. “Neftçi” və ya “Qarabağ”la oyunlarımızda da məqsəd eyni olub. Biz də onun tapşırığını yerinə yetirməyə çalışırıq. Yaxşı oyunu nəticəyə daşımalıyıq. Çünki xalı oyuna yox, nəticəyə görə verirlər.
- Ötən il Birinci divizionda bombardir olmuşdun. Premyer Liqada da işlərin pis getmir, komandanın ən çox qol vuran oyunçususan…
- Birinci divizionda da qol vurmaq asan deyildi. Düzdü, Premyer Liqa ilə aşağı dəstəni müqayisə etmək olmaz. Sadəcə, öz üzərində çox çalışmalısan. O qədər çalışmalısan ki, cərimə meydançasında qərarı tez və düzgün verməyi bacarasan.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi