"Bizim üçün çox çətin oyun idi. Çünki hərtərəfli təzyiq vardı. Elitada qalmaq uğrunda mübarizə aparırıq. Sonuncu ev oyunundan sonra istefa şüarları da səslənmişdi".
Qol.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Məmmədov Mİsli Premyer Liqasının 7-ci turunda bu gün səfərdə "Sabah"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 2:2 hesabı ilə başa çatan matçı belə şərş edib: "Sabah" sürətli komandadır. Hücuma həddindən artıq tez çıxırlar. Rəqibin qarşısını almaq üçün bunu təhlil etmişdik. Bu bir xal bizim üçün önəmli xaldır. Xallarımızın üzərinə daha birini gətirdi. Premyer Liqada qalmaq üçün daha bir xal qazandıq. Gəncədən gələn azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm. Bu xalı istər yaxşı, istərsə də pis günündə "Kəpəz"in həmişə yanında olan azarkeşlərə hədiyyə etmək istəyirik".
Baş məşqçi qeyd edib ki, bu oyundan sonra yaxşı çıxış edəcəklərinə inanır: "Bu oyun düşünürəm ki, bizim üçün çempionatda dönüş olacaq. Evdəki ardıcıl məğlubiyyət seriyasına son qoyacağıq. Son günlərdəki hadisələrdə şəhid olan qardaşlarımızı da anmaq istəyirəm. Allah onlara rəhmət eləsin, qazilərə cansağlığı versin. Ordumuzun sayəsində vətənimizin başı həmişə ucadır. Allah ordumuzu, Azərbaycanımızı qorusun".
Azər Məmmədov azarkeşlərin "istefa" şüarı ilə bağlı da danışıb: "İstefa" şüarı bir az mənfi obraz yaradır. Amma bu kəlmənin çox böyük dəyəri var. Bəzən biz sözün dəyərini ucuzlaşdırırıq. Lazımlı və lazımsız yerlərdə "istefa" şüarı işlədilir. 6 turdan sonra yeni qurulan komandanın baş məşqçisinin istefası tələb olunursa, mən deməyə söz tapmıram. Hər "istefa" sularından sonra kimsə istefa verəcəksə, bu, o insanın zəifliyidir. Mən zəif adam deyiləm. İnanmıram ki, yaxşı işlər görəcəyik. Gəncədə işləmək çətindir. Amma hər şeyə rəğmən"Kəpəz"in baş məşqçisi olmaq çox qürurvericidir. Ağır hər olduğunu bura gələndə bilirdim. Mən qorxaq adam deyiləm, bacardığımı etməyə çalışacağam".
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər