"Bugünkü oyuna görə futbolçularımı təbrik etmək istəyirəm. Düşünürəm ki, hakimin səhv qərarları belə nəticəyə səbəb oldu. Həmin epizoda baxdım, mənə görə, penalti yox idi. Matias o epizodda ayağını qaçıra bilməzdi. Son 7 oyunda 3-cü penaltidir, qapımıza təyin olunur. Ardıcıl ikinci matçda belə qərar verilir. Qapımıza yalnız penaltidən qollar vurulur. Bununla bağlı ölçü götürülməlidir".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə heç-heçə etdikləri oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.
"Sosial mediada yazılanlar haqda nəsə deyə bilmərəm. Bura gəlib, bizi dəstəkəyən azarkeşlərə təşəkkür edirəm. Yeni komanda formalaşdırırıq. Hamı başa düşməlidir ki, yeni oyunçular var. Hərəsi bir ölkədən gəlib. Lukas Argentinadan bura gəlib. Fərqli ölkələrdir. Balans yaratmaq üçün vaxt lazımdır. Böyük layihədir, başa düşməliyik ki, istədiyimizi - güclü "Neftçi"ni qurmaq üçün vaxt və səbr lazımdır. Bu, futboldur. Uğura qısa yolla çatmaq olmaz. İnanmaq lazımdır. Bəzən əvvəldən nələri qurban vermək lazımdır ki, gələcəkdə yaxşı şeylər olsun. Ölkədə yeniyəm, amma düşünürəm ki, "Neftçi" daha çox sevilməlidir, xüsusilə də mətbuatda. Məğlub oluruq, deyirlər, pis oynayırıq. Qələbə qazanırıq, deyirlər, Mutu Qara Qarayevlə danışıb. "Sumqayıt"ı məğlub edəndən sonra mətbuatda yazı çıxır ki, Qara Qarayevlə dalaşmışam. Niyə axı? Bəzi komandalar var, məğlub olur, xal itirir, amma heç nə yazılmır" - deyə o bildirib.
Mütəxəssis hücumda olan problemin nə vaxt həll olunacağı ilə bağlı sualı belə cavablandırıb: "Bu məsələ məni də narahat edir. Hər matç penalti verilir. Gərək iki qol vuraq ki, öndə olaq. Bu məsələ məni də narahat edir.
İki aydır komandadayam. Heyəti tam tanımırdım. Sonra yeni oyunçular cəlb etməyə başladıq. Konfrans Liqası başladı və hazırlaşmağa məcbur idik. Çoxlu komanda var ki, bu perioddan keçir.
A.Mutu yeni idman direktorunun komanda üçün faydalı olacağını deyib. O, həmçinin yeni oyunçu axtarışında olmadıqlarını, əllərində olan futbolçulara uyğunlaşmaq üçün vaxt verməyə çalışacağını söyləyib.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi