“Bizim üçün ağır oyun idi. Rəqibi çox yaxşı analiz etmişdik. Bilirdik ki, sürəfli, texnikalı futbolçuları var. Necə oynamalı olduğumuzu baş məşqçimiz bizə tam izah etmişdi".
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının ilk turunda “Molde”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Norveç çempionu ilə matçda qol şanslarını qaçırmaları bir qədər işlərini çətinləşdirib: “Qol imkanlarımız çox oldu. Təbii ki, istərdik ki, hamısından yararlanaq. Təəssüf ki, bəzən istədiklərin tam alınmır. Yaxaladığımız epizodlardan 2-3-nü dəyərləndirsəydik, daha rahat olardıq. Belədə rəqib də erkən təslim olacaqdı. Yenə də şükürlər olsun ki, lazımi qolu vurduq. Sonradan da oyuna nəzarət bizim tərəfimizdə idi. Qalib gəldiyimiz üçün hər kəs sevinir. Bundan sonra daha da irəli getməliyik”.
Medvedev müdafiədə heç də ideal çıxış etmədiklərini söyləyib: “Əslində, müdafiədə mükəmməl deyildik. Müəyyən boşluqlar var idi. Bu da olmalıdır. Çünki yerli çempionatın yox, Avroliqanın qrup mərhələsinin matçı idi. Hər mövqedə boşluqlara yol verdik. Əsas odur ki, lazımi nəticəni qazandıq. Təbii ki, səhvlərimizi yenə də analiz edəcəyik. Baş məşqçi çatışmayan cəhətlərimizi göstərəcək. Gələn oyunlarda daha yaxşı çıxış etməliyik”.
Təcrübəli müdafiəçi “Molde”nin “Qalatasaray”a qarşı oyunlarını diqqətlə izlədiklərini qeyd edib: “Molde”nin “Qalatasaray”la hər iki oyununu izləmişəm. Bəlkə 5 dəfə baxmışam. Baş məşqçimiz də həmin görüşləri izlədikdən sonra bizə bir qədər fərqli tapşırıqlar verdi. Məhz həmin tapşırıqlardan istifadə edərək qapımızı toxunulmaz saxladıq. Lakin qol buraxmamağımızı tək müdafiə xəttinin adına yazmaq olmaz. Hücumçular da müdafiəyə çox kömək edirdilər. Sağ olsunlar, onlar meydanda çox işlədilər və bizim yükümüzü bir qədər asanlaşdırdılar”.
Qrupdakı şanslarını dəyərləndirən Maksim Medvedev vurğulayıb ki, favorit göstərilən “Bayer"lə oyunları daha rahat olacaq: “Bizim üçün bu qrupda ən çətini “Molde” və “Hekken”lə oyunlardı. Çünki bu matçlarda hamı bizdən qələbə gözləyir. “Bayer" isə qrupun aşkar favoritidir. Bu səbəbdən də onlara qarşı daha rahat oynayacağıq”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi