“Bilirdik ki, rəqib hücum futbolu oynayır, bizi öndə sıxacaqlar. “Qarabağ” yaxşı təzyiq göstərməyi bacarır. Xüsusilə də, ilk hissədə bunu gördük. "Qarabağ"ı təbrik edirəm, qələbəyə layiq idilər”.
Qol.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda “Qarabağ”a 0:1 hesabı ilə uduzan “Molde”nin baş məşqçisi Erlinq Moe deyib.
Mütəxəssis ev oyununda daha yaxşı çıxış edəcəklərinə inanır: “Hər zaman arxadan oyun qurmağa çalışıram. Bu istiqamətdə inkişaf etməliyik. Bunun da düzgün yol olduğunu düşünürəm. Hər dəfə uzun toplarla müdafiədən çıxmağı futbol saymıram. Evdəki matçda daha yaxşı oynayacağımıza inanıram. Amma inkişaf etməliyik”.
O, əvəzetmələrə gec əl atmasının səbəbini belə izah edib: “Dəyişikliklərə gəlincə, bu gün belə oldu. Əvəzetmələrdən sonra rəqib yaxşı çıxış etdi”.
“Molde”nin çalışdırıcısı məğlubiyyətdən sonra özünü yaxşı hiss etmədiyini vurğulayıb: “Məğlub olmağı sevmirəm. Ona görə də özümü yaxşı hiss etmirəm. Bu gün yaxşı oynamadıq. Bir addım geridəydik. Xüsusilə də müdafiədən çıxan ötürmələrin keyfiyyəti yaxşı deyildi. Komandanın performansına görə məyusam. Ümid edirəm ki, daha yaxşı olacağıq”.
Erlinq Moe “Qarabağ”ın qrup ikinciliyi uğrunda daha şanslı olması barədə sualı belə cavablandırıb: “Məncə, nəsə demək üçün hələ erkəndir. Cəmi bir oyun keçirmişik. Bir neçə turdan sonra konkret nələrsə demək olar. "Bayer" favoritdir, razıyam, Almaniyada da yuxarı pillədədir. Digər üç komanda ikincilik uğrunda mübarizə aparacaq. Səfərdə bir oyun oynamışıq. Növbəti matçlarda daha yaxşı nəticə göstərməyə çalışacağıq”.
O, Çempionlar Liqasının pley-offunda qarşılaşdıqları "Qalatasaray"la "Qarabağ"ın müqayisəsi barədə bunları söyləyib: “Qarabağ” bugünkü oyunda bizə oynamaq üçün çox az ərazi verdi. "Qalatasaray" yaxşı komandadır, güclü oyunçuları var. Amma "Qarabağ" vahid komanda kimi daha yaxşı çıxış edir. Bunu deməklə, "Qalatasaray" haqda mənfi fikir demək istəmirəm. Onlar bizi uddular. Sadəcə "Qarabağ" komanda kimi daha yaxşı çıxış edir”.
Sonda Erlinq Moenin fikirləri azərbaycanlı jurnalistlərin alqışına səbəb olub: “Son olaraq, əlavə etmək istərdim ki, Azərbaycanın ölkə olaraq bizi çox yaxşı qarşıladı. Çətin dönəmdə olduğunuzu bilirəm. Sizə ən yaxşısını arzulayıram. Ümid edirəm ki, sonda hər şey Azərbaycan üçün yaxşı olacaq”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi