"Qəbələ"nin Gənclər Liqasındakı matçına hakim təyinatları

"Qəbələ"nin Gənclər Liqasındakı matçına hakim təyinatları
ÖLKƏ FUTBOLU 21 Sentyabr 2023 / 16:49 802
-  A +

“Qəbələ”nin U-19 komandasının Gənclər Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniya “Puşkas Akademiya”sına qarşı  keçirəcəyi ilk oyun üçün hakim təyinatları açıqlanıb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma Qazaxıstandan olan hakimlər briqadasına tapşırılıb.

Əsas referi Sayat Karabayevə Timur Tursumbayev və Yevgeni Karlov yan xətt hakimi qismində yardımçı olacaqlar.

Oktyabrın 4-də Qəbələdə təşkil olunacaq qarşılaşma saat 16:00-da start götürəcək.

Daha çox


Son xəbərlər
23.02.26  20:06

Gedirlər - Şəkillər

23.02.26  12:50

Ozobiçdən 70-ci qol

23.02.26  09:53

"Milan"da ağır itki

topaz banner