Azərbaycanın futzal üzrə milli komandasının üzvü Qallo DÇ-2024-ün elit-raundunda ötən gün Niderlandı darmadağın etdikləri matç (6:1) haqqında danışıb.
Qol.az xəbər verir ki, o, azfutzal.az-a açıqlamasında azarkeşlərin qarşısında daha yaxşı çıxış etdiklərini deyib:
“Doğma meydanda oynadığımıza görə, qələbədən başqa seçim imkanımız yox idi. Azərbaycan millisi azarkeşləri önündə daha yaxşı oynayır. Düzdür, ilk matçdan məğlub döndük. Həmin qarşılaşmada da pis çıxış etməmişdik, sadəcə epizodları realizə edə bilmədik. Bu dəfə əksəriyyətini qola çevirməyi bacardıq. Nəticədə böyükhesablı qələbə qazandıq".
Müdafiəçi növbəti matç - Qazaxıstana qarşı keçirəcəkləri görüş haqqında da fikirlərini bölüşüb: Növbəti oyunumuz qrup lideri Qazaxıstana qarşı olacaq. Bu komandanın gücü, oyunu haqda danışmaq artıq olar. Amma biz Bakıda fərqli oynayacağıq. Rəqib üçün burada meydana çıxmaq çətin olacaq. Onlar dəfələrlə Avropa və dünya çempionatlarının final mərhələsində oynayıblar. Lakin biz də zəif komanda deyilik. Əlbəttə, prioritet 3 xal qazanmaq olacaq. Çünki DÇ-nin final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Azarkeşlərə təşəkkür edirik, bu gün bizi dəstəklədilər. Onlardan Qazaxıstanla oyunda yenidən zala gəlməyi, dəstək verməyi istəyirik".
O, qrup liderliyi üçün şansların bərabər olduğunu dilə gətiri: "Qrup liderliyinə gəldikdə, şansımız davam edir. Hətta 50-nin 50-yə olduğunu deyə bilərəm. Qazaxıstanı Bakıda yensək, mübarizə yenidən başlayacaq. Sona qədər mübarizə aparacağıq. İndidən liderlikdən əlimizi üzdüyümüzü demək olmaz. Qarşıdakı oyun çox suala aydınlıq gətirəcək”.
Qeyd edək ki, turnir cədvəlində Qazaxıstan 6 xalla liderdir. Rumıniya 3 xalla 2-ci,eyni xalı olan Azərbaycan isə 3-cüdür. Aktivinə xal yazdırmağı bacarmayan Niderland sonuncudur.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi