“Oyun bizim üçün çox yaxşı keçdi. Uşaqlar istəkli idilər. Bu da nəticədə özünü göstərdi. Daha çox qol vura bilərdik. Qarşıda bizi Qazaxıstanla oyun gözləyir. Həmin matça ciddi hazırlaşacağıq”.
Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Vitali Borisov Dünya çempionatının seçmə mərhələsində Niderlandı 6:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Xətai Bağırovun zəif çıxış etməsi fikri ilə razılaşmayan Borisov Rumıniyaya uduzduqdan sonra bu oyuna hazırlaşmağın çətin olmadığını vurğulayıb: “Düzdür, komandada əhval-ruhiyyə yaxşı deyildi. Əslində, Rumıniya ilə matçda da pis oynamamışdıq. 1:3 hesabı ilə uduzsaq da, qapıya 22 zərbə biz endirmişdik, 8 zərbə isə rəqib. Həmin görüşdə öz səhvlərimizdən uduzduq”.
Yığmanın çalışdırıcısı heyətdən kənarlaşdırılan İsa Atayevlə bağlı sualı belə cavablandırılıb: “2 gün ərzində hamı İsa Atayevlə bağlı soruşurdu. Amma bunda qeyri-adi heç nə yoxdu. Bu, məşqçilər korpusunun qərarı idi. Hesab etdik ki, İsa bu oyun üçün dincəlməli idi”.
V.Borisov ikinci hissədə millimizin nisbətən zəif təsir bağışlamasına belə aydınlıq gətirib: “İkinci hissədə Edunu meydana buraxmadıq. Sarı vərəqəsi var idi. Eləcə də Filipinyo ilk matçda sarı vərəqə almışdı. Bacardığımız qədər onları qorumağa çalışdıq ki, Qazaxıstanla görüşə cəzalı olmasınlar. Eləcə də bilirdik ki, rəqib beşinci oyunçunu meydana buraxaq. Ona görə də nisbətən komanda sakit oynadı. Lakin yenə də şanslarımız var idi. İlk yarıda 9 epizoddan 5-i qol oldu. İkinci hissədə isə xeyli şansı dəyərləndirə bilmədik”.
O, Qazaxıstanla qarşıdakı oyunların qrup liderliyi baxımından həlledici olacağını bildirib: “Bu 2 oyundan çox şey asılı olacaq. Düzdür, rəqib qrupun favorit sayılır. Həm reytinq baxımından, həm də Avropa və dünya çempionatlarında yaxşı nəticə göstərib. Kim Qazaxıstan millisindən daha çox xal ala bilsə, o komanda da qrupdan çıxmaq şansını xeyli artıracaq”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi