"Hamımıza məlumdur ki, cəbhə bölgəsində terrora qarşı mübarizə gedir. Şəhidlərimiz var, Allah rəhmət eləsin".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində sabah "Molde" ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
O qeyd edib ki, fikirləri həm oyunda, həm də cəbhədə olacaq: "Bəlkə də oyun barədə çox danışmağa ehtiyac yoxdur. Orada elə vəziyyət, biz isə oyundan danışırıq. Hər bir halda, matça hazırlaşmalıyıq. Çox ciddi rəqibə qarşı oynayırıq. Fikrimiz həm oyunda, həm də cəbhə bölgəsində olacaq".
O, Qarabağda baş verənlərin oyunlarına təsir edə biləcəyini bildirib: "Bəlkə də uyğun deyildi oyunun Bakıda olması. Nəinki sabah, bütün oyunlarımızda şəhidlərimizi fikirləşmişik. Dəfələrlə demişəm ki, komandanın adı dəyərlidir. Çalışmışıq ki, adımızı qoruyub-saxlayaq. Sabah bəlkə futbolçulara hansısa psixoloji təsir ola bilər. İstər-istəməz belə olacaq. Belə hal olmuşdu, oyuna hazırlaşırdıq, bütün günü məlumatlar alırdıq. Nə qədər bacarırıq, cəbhədən xəbər alırıq. Sabah da belə olacaq. Bir saat əvvəl yaxşılığa doğru məlumat oldu. Amma rəsmi xəbəri gözləyirik. Çalışacağıq ki, işimizə məsuliyyətlə yanaşaq. Yaxşı nəticə üçün inanıram ki, futbolçular hər şeyi edəcək".
Rəqib haqda danışan baş məşqçi Norveç təmsilçisinin çox intizamlı komanda olduğunu deyib: "Zəif nöqtələri demək düzgün olmaz. Ümumən rəqibi analiz etmişik. "Molde" son vaxtlar bəlkə də meydanda ən intizamlı oyun göstərən rəqiblərdən biridir. Öz sistemlərini istəklə və düzgün yerinə yetirən komandadır. Bu rəqib meydanda heç bir boşluq verməyi xoşlamır. Sadəcə olaraq, biz maksimum çalışmalıyıq ki, rəqibi səhvə məcbur edək. Onda yaxşı nəticə əldə edə bilərik. Bunun üçün də böyük güc sərf etmək lazımdır".
Q.Qurbanov zədədən əziyyət çəkən Bəhlul Mustafazadənin durumu haqda da danışıb: "Sabah oyuna kimi bir məlumat verilməyəcək. Çünki hələ ağrıları var. Dünəndən bu günə fərq var. Həkimlərlə danışmışıq. Amma fakt olaraq, bugünkü durumu bizi tam qane etmir. Sabah yenə baxacağıq. Məşqdə tam iştirak etdikdən sonra fikir bildirə bilərik. İndiki "Molde"nin futbolçuları daha inamlıdırlar. İlk oyundan sonra daha ətraflı məlumat verə biləcəm".
Q.Qurbanov "Azarkeşlər düşünür ki, "Qarabağ" "Molde"dən qisas almaldıır" fikrinə isə belə münasibət bildirib: "Qisas fikrilə yanaşsaq, oyunumuza mane ola bilər. Rəqibin kimliyindən asılı olmayaraq, biz bu şansdan istifadə etmək istəyirik. Məqsədimiz minimum Avropa Liqasının qrupuna düşmək idi. Bunu bacardıq. Qarşıdakı oyunlarda istəyirik ki, inamlı nəticə və oyun göstərək. Sadəcə həmişə bu fikirlərdən narahat olmuşam, futbolçulara təsir edə bilər. Azarkeşlərə böyük hörmətlə yanaşmışıq, güvənmişik. Onlar bizdən həmişə uğur tələb edib. Bu da bizə əlavə motivasiya verib. Biz bütün oyunlarda, bütün rəqiblərə qarşı istəkli olsaq da, soyuqqanlı yanaşmalıyıq. İstəyərdik ki, qalib gələk. Bunun üçün bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizi sevindirmək üçün yaxşı oyun və yaxşı nəticə əldə etmək istəyirik".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi