AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 6-cı turunda qeydə alınan qayda pozuntuları barədə qərarlar qəbul olunub.
"Zirə” – “Sumqayıt” oyununda “Zirə” klubunun 15 nömrəli futbolçusu Pyer Zebli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Zirə” klubu 1500 manat cərimə edilib. “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Sumqayıt” klubu 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Oyunda meydan sahibi klubun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Zirə” klubu 800 manat cərimə edilib. Qonaq komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Neftçi” oyununda “Araz-Naxçıvan” klubunun 42 nömrəli futbolçusu Kadiri Mohammed ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilib.
“Kəpəz” – “Səbail” oyununda PFL-in Əsasnaməsinin tələbləri pozulduğuna görə (internetin olmamasına görə) “Kəpəz” klubuna xəbərdarlıq edilib.
“Turan Tovuz” – “Qəbələ” oyununda “Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasov “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Turan Tovuz” klubu 500 manat cərimə edilib.
“Turan Tovuz” – “Qəbələ” oyununun 30-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Xaqani Məmmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldıqdan sonra baş hakimi təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Qəbələ” klubu 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi