“Neftçi”yə qalib gələrək (1:0) xallarının sayını 10-a çatdıran və turnir cədvəlində 5-ci pilləyə yüksələn “Araz-Naxçıvan” 2 günlük istirahətin ardından bu gün məşqlərini bərpa edir.
Qol.az xəbər verir ki, həm son, həm də növbəti görüşlə bağlı “ağ-qırmızılar”ın qapıçısı Avram klubun rəsmi saytına müsahibə verib.
- Başlayaq “Neftçi” ilə oyundan. Əksəriyyət “Araz-Naxçıvan”ın qələbəsini sürpriz hesab edir...
- Elə deməzdim. Bilirəm, “Neftçi” iddialıdır, çempionluq uğrunda mübarizə aparır, heyətində çoxsaylı futbolçu var. Biz də rəqibin kimliyindən asılı olaraq bütün oyunlara qələbə qazanmaq üçün çıxırıq. Baş məşqçimiz bunu tələb edir. Hansısa oyuna çıxanda deməyib ki, heç-heçə məni qane edir. Çox ambisiyalıdır. “Neftçi” ilə matça da yaxşı hazırlaşmışdıq. Bəhrəsini də gördük. Mübarizə apardıq, məşqçi heyətinin tapşırıqlarını yerinə yetirdik, buna görə də 3 xal qazandıq.
- Muhammed Kadiri qırmızı vərəqə alan zaman nə düşündün?
- Kadiri oyun epizodu zamanı ikinci sarı-qırmızı vərəqə aldı. Komandaya çox kömək etdi. O, meydandan çıxdıqdan sonra panikaya düşmədik, əksinə, konsentrasiyamızı artırdıq, daha diqqətli olduq.
- Komanda növbəti oyunda “Səbail”lə qarşılaşacaq. Onların da 3 oyunluq qələbə seriyası var. Bu rəqib haqda nə düşünürsən?
- İki günlük istirahətdən sonra məşqlərimizi bərpa etdik. Lazım olan informasiyanı baş məşqçimiz verəcək. Diqqətli olmalı, yaxşı hazırlaşmalıyıq. Yenə deyirəm, rəqibin kimliyindən asılı olmayaraq, bizdən qələbə tələb olunur.
- Çempionatın hazırkı bombardirinin “Səbail”də çıxış etməsi xüsusi diqqət tələb edirmi?
- Futbol kollektiv oyundur. Konkret hansısa futbolçuya diqqət yetirmək, ancaq onu zərərsizləşdirməyə fokuslanmaq düzgün deyil. Komanda olaraq meydanda məqsədimizə nail olmaq üçün hər şeyi edəcəyik. Məşqçilərin verəcəyi informasiya da vacibdir.
- Oyunun süni örtüklü meydanda keçirilməsi səni narahat etmir?
- Biz peşəkar futbolçularıq. Əlbəttə, daha yaxşı olardı ki, bütün oyunlar təbii örtüklü meydanlarda keçirilsin. Amma bu gün şərait budursa, razılaşmaq lazımdır.
- Premyer Liqa haqda nə düşünrsən?
- Oyunlar da, nəticələr də maraqlıdır. Əksər komandalar yüksək yerlərə iddialıdır. Hər kəs mübarizə aparır. Zəif rəqib yoxdur. Əlbəttə, bu Azərbaycan futbolu üçün vacib amildir.
- Hazırda "Araz-Naxçıvan" 5-ci pillədə məskunlaşıb. Yuxarı yerlərə qalxmaq mümkün olacaqmı?
- Çempionat yeni başlayıb. Heç birinci dövrə başa çatmayıb. Qış fasiləsində çox dəyişikliklər ola bilər. İndidən kimsə deyə bilməz ki, mövsümü filan pillədə başa vuracam. Onu mayda biləcəyik. Ancaq hazırkı mövqeyimizi yaxşılaşdırmaq imkanımız var. Təsəvvür edin 4 komandanın aktivində eyni sayda xal var.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi