"Kəpəz"in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 6-cı turunun "Səbail"lə (0:3) matçından sonra mətbuat konransı təşkil edərək jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbə verir ki, o, əvvəlcə görüş haqqında ümumi fikirlərini bölüşüb:
- Bilirdik ki, çətin komandaya qarşı oynayırıq. Çempionat yeni başlayıb. "Səbail" son iki oyunda qələbə qazanmışdı. Bu gün qələbə qazanmaq istəyirdik. Bizdən yuxarı pillədə olan komandalara yaxınlaşmaq istəyirdik. Təəssüf ki, məğlub olduq. Bu gün rəqib qələbəyə layiq idi.
- Qələbə üçün nə çatmadı?
- Oyunumuz alınmadı. Təhlil edəcəyik. Çatışmayan cəhətlərimiz var. "Neftçi" ilə oyundakı istəyi son matçlarda görə bilmirik. Problemləri kənardan özüm də sezirəm. Araşdırmalıyıq.
- Məğlubiyyət sizə çox pis təsir etdi, yoxsa istefa şüarları?
- Açığını desəm, "Kəpəz" azarkeşləri həmişə komandanın yüksəklərdə olmasını istəyib. Futbol oynayanda da bu mərhələdən keçmişəm. Zaman dəyişib. Əvvəlki "Kəpəz"lə indiki arasında böyük fərq var. Öz maliyyə imkanımıza görə ən yaxşısını etməyə çalışırıq. Hər komandada bu vəziyyət olur. Vəziyyətdən çıxış yolu tapmalıyıq. Bu da mənim üzərimə düşür. Çatışmayan cəhətləri düzəltməliyik.
- Qapıçı səhvlərinin komandaya təsiri necə oldu?
- Qapıçı səhvi futbolçulara təsir edir. Bundan sonra oyunçuların özünə gəlmək ehtimalı az olur. Komanda psixoloji cəhətdən bərpa ola bilmir. Bəli, qırılma nöqtəsi ikinci dəqiqədə buraxılan qol idi. Son üç oyunun ilk hissəsində qol buraxırıq. Gəncədə üç məğlubiyyəti biz də istəməzdik. İnanıram ki, komandanı düzəldəcəyik.
- Fasilədən qayıdanda çox məyus görünürdünüz. Ümidsiz idiniz?
- Hesabda geri olmağımıza görə belə idim. Üç oyundur ki, öz səhvlərimizdən qollar buraxırıq. Məni o düşündürürdü. İlk hissədə uduzandan sonra hər oyunda ümidli olmuşam. Fasilədə uşaqlara ürək-dirək verirəm. Sadəcə hələ alınmır.
- Ötən mövsüm komanda 8-ci turdan sonra özünə gəlməyə başladı. Bu mövsüm də eyni ssenari gözlənilir?
- "Neftçi", "Qarabağ" kimi komandalardan xal almışıq. Niyə də olmasın? Bu uşaqlara çox güvənirəm. İnanıram ki, dəyişiklik olacaq. Qlobal problem yoxdur. Təəssüfləndirici məqam odur ki, üç oyundur evdə uduzuruq. Çox pis vəziyyətdə deyilik. Xallarımızı artıracağıq.
- Şahin Diniyev sizin müəlliminiz olub. Oyundan əvvəl onunla söhbət etdiniz?
- Dünən məşqdə üz-üzə gəldik. Şahin müəllimlə çox isti münasibətim var. O, mənim müəllimimdir. Ondan çox şey öyrənmişəm. Amma bu idmandır. Bu gün mənim qarşımda "Səbail" var idi və istəyirdim ki, onları məğlub edək.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi