“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bu cür oyunlarda rəqib azlıqda qaldıqdan sonra kənardan hər şey asan görünə bilər. Düşünürsən ki, üstünlük sənə keçir. Amma üstünlük olsa da, əsas olan ondan necə faydalanmaqdır”.
Qol.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 6-cı turunda səfərdə “Zirə”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, komandasının məğlubiyyətinin səbəbini belə şərh edib: “Bu tip qarşılaşmalarda neçə qol epizodu yarada bilərsən? Rəqib qapandığı üçün maksimum 2-3 qol epizodu yarada bilərsən. Onları qola çevirsən, hər şey yaxşı olar. Təəssüf ki, biz 2 dəfə fərqlənmək üçün şans əldə etsək də, onları dəyərləndirə bilmədik. Bu da ən azı səfərdən 1 xalla ayrılmağımıza mane oldu. İndi fikirləşirsən ki, kaş rəqib qırmızı vərəqə almazdı. Bəlkə onda fərqli oyun gedərdi”.
S.Abasov qeyd edib ki, futbolçuları daha aqressiv çıxış etməli idilər: “Futbolçularım bu gün bacardıqlarını etdilər. Lakin daha aqressiv, daha ürəkli oynamalı idilər. Bu halda ən azından 1 xal qazana bilərdik. Hələ çempionatın başlanğıcıdır. Belə xal itkiləri olacaq. Yeni gələn transferlərə də bir qədər vaxt lazımdır. Ümumi götürdükdə pis oynamadıq”.
“Sumqayıt”ın çalışdırıcısı hakimlik barədə sualı belə cavablandırıb: “Hakimlikdən danışmaq istəmirəm. Mənə verilən qırmızı vərəqədən sonrakı qərarı gözləyirəm. Aşağı-yuxarı məndən əvvəl bu mövsüm meydandan uzaqlaşdırılan məşqçilərdən bəlkə də daha yumşaq qırmızı vərəqə aldım. Məsələn, Murad Musayevə göstərilən qırmızı vərəqə. Mənim aldığım qırmızı vərəqə ilə bağlı qəbul olunacaq qərardan sonra danışacam”.
Samir Abasov müdafiəçi Elvin Bədəlovun əvəzlənməsinə belə aydınlıq gətirib: “10 gün Elvinsiz məşq etmişdik. O müddətdə Kristianı heyətə cəlb etdik. Təəssüf ki, 1-2 məşqdən sonra soyuqladı. Təbii ki, Elvinin milliyə dəvət almasına klub olaraq sevinirik. Lakin onun millidə oynamaması ziyanınadır. Ritmdən düşür. Həmin məqam bugünkü matçda özünü göstərdi. Hələ görüşdən əvvəl Bədəlova şans verib-verməmək barədə düşünürdük. Əvəzlənməyinə gəldikdə, həmin vaxt artıq sırf hücumu gücləndirməliydik. İstəyirdik ki, Rövlan hücuma daha çox qoşulsun”.
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil
"Şamaxı"nın qələbəsindən - Video
6 qol, 1 qırmızı vərəqə
"Pley-off haqda düşünmək istəmirəm" - Azər Bağırov
"Bəzən futbolumuzu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
"Real" La Liqanı məhkəməyə verdi
“Qarabağ”lı futbolçunun atası vəfat edib
Səfər qollarına görə rekorda imza atdılar
"Neftçi" - "Qarabağ": Heyətlər
"İnter" aşağı liqaya düşə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
Yamal bu göstəricidə Ronaldonu geridə qoydu
“Hələ də inana bilmirəm ki, çempion olmuşam"
"Şamaxı" - "Kəpəz": Heyətlər açıqlandı
Fransada elitaya yüksələn ilk komanda
Qazyumov ilin ən yaxşı məşqçisi seçildi
Səfər oyununa hələ belə gedən olmamışdı - Video
Üç boksçumuz finala yüksəldi, biri "bürünc" qazandı
Nərimanın komandası qalib gəldi, özü ehtiyatda qaldı
İtaliyada hakimlərin rəhbəri istefa verdi
Vüsal oynadı, komandası səfərdə uduzdu
Finalda rəqibinə kəllə ilə elə zərbə vurdu ki… - Video
Asiya Çempionlar Liqasının qalibi bilindi
“Arsenal” və “Tottenhem”dən qələbə
Azərbaycan güləşçisi Avropa çempionu oldu
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi