Ramil Şeydayevdən 2 qol ötürməsi

Ramil Şeydayevdən 2 qol ötürməsi
ÖLKƏ FUTBOLU 15 Sentyabr 2023 / 18:15 5901
-  A +

Bu gün Tailand çempionatında 4-cü tur start götürüb.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin də çıxış etdiyi “Buriram Yunayted” öz meydanında “Trat”ı qəbul edib. Görüş "Buriram Yunayted"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan və 78-ci dəqiqədə əvəzlənən Şeydayev iki qol ötürməsi edib. O, 1-ci və 4-cü qolda məhsuldar ötürmə müəllifi olub.

"Buriram Yunayted" - "Trat" - 4:0

Qollar: İnprakon, 15, Fattanapol, 20-avtoqol, Çamratsame, 44, Bunmathan, 57.

"Buriram Yunayted" bu qələbə ilə xallarını 10-a çatdıraraq liderliyə yüksəlib.

Daha çox


Son xəbərlər
23.02.26  20:06

Gedirlər - Şəkillər

23.02.26  12:50

Ozobiçdən 70-ci qol

23.02.26  09:53

"Milan"da ağır itki

topaz banner