Ayaz Quliyev Azərbaycan vətəndaşlığı aldı

Ayaz Quliyev Azərbaycan vətəndaşlığı aldı
ÖLKƏ FUTBOLU 15 Sentyabr 2023 / 11:39 3299
-  A +

"Sabah"ın yeni transferi, rusiyalı futbolçu Ayaz Quliyev Azərbaycan pasportu alıb.

Bu barədə Qol.az saytına açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib. O, 26 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisində çıxış edə bilməsi üçün hazırda FİFA-dan lazımı sənədlərin təsdiqini gözlədiklərini deyib:

"Ayaz Quliyev artıq pasport alıb. İndi FİFA-nın müvafiq sənədlər gəlməlidir ki, millidə çıxış edə bilsin. Bundan sonra hər şey artıq baş məşqçinin seçiminə qalacaq. Yəni, futbolçu formada, yaxşı vəziyyətdə olarsa. baş məşqçi yığmaya çağıra bilər".

Qeyd edək ki, A.Quliyev müxtəlif illərdə Rusiyanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində oynayıb. O, avqustun 28-də "Sabah"la 3 illik müqavilə imzalayıb

Daha çox


Son xəbərlər
23.02.26  20:06

Gedirlər - Şəkillər

23.02.26  12:50

Ozobiçdən 70-ci qol

23.02.26  09:53

"Milan"da ağır itki

topaz banner