“Neftçi”nin yarımmüdafiəçisi Qara Qarayev komandasının Misli Premyer Liqasının 6-cı turunda “Araz-Naxçıvan”a qarşı keçirəcəyi matç haqqında fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, 30 yaşlı futbolçu klubun televiziyasına açıqlamasında rəqibin üstün keyfiyyətlərə malik olduğunu deyib:
“Qəbələdə kiçik təlim-məşq toplanışı keçirdik. Düşünürəm ki, bu, çox vacib idi. Sözsüz ki, bu, daha hazırlıqlı olmağımız üçün idi. “Araz-Naxçıvan” indi yüksəlişdədir. Onların təhlükəli oyunçuları var. Yaxşı müdafiə olunurlar, hücumlar qura bilirlər. Ən əsası da, "Araz-Naxçıvan"ın qol hissiyatı yaxşı olan futbolçuları var. Bunları çempionat matçlarında göstəriblər. "Araz-Naxçıvan" istənilən komandadan xal ala biləcək rəqibdir. Bizi çətin, lakin maraqlı qarşılaşma gözləyir. Ümid edirəm ki, oyuna qədər bütün hazırlıqlarımız yekunlaşacaq. Sözsüz ki, futbol fərdiş oyunudur. Daha yaxşı çıxış edənlər daha yaxşı oynayanlardır. Həm fiziki, həm də taktiki baxımdan Qəbələ toplanışı bizim üçün vacib idi. Çünki bu il komanda olaraq birlikdə təlim-məşq toplanışı keçirə bilməmişdik".
Bu yay "Qarabağ"dan ayrılaraq Bakı təmsilçisinə keçən Q.Qarayev artıq komandaya tam uyğunlaşdığını deyib: "Mənə gəlincə, indi komandaya və oyun sisteminə tam uyğunlaşdım. Buradakı atmosfer, azarkeşlərin münasibəti adaptasiya dövrünü daha sürətli edir, futbolçuların özünü komfortlu zonada hiss etməsinə kömək olur. Bununla bağlı heç bir problem yaşamamışam. İlk günlərdə bir az hiss edirdim ki, fərqli atmosfer, yeni oyunçular var. Amma bu, çox qısa zaman oldu. İndi hər şey qaydasındadır. Komandanın futbol biliyinə, ideyasına tam alışmışam. Fikrimcə, gələn futbolçuların hamısı artıq bu dövrü keçiblər. Problemimiz yoxdur. Ancaq matçlara, nəticəyə köklənmişik".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi