"Sabah" yeni transferi ilə müqavilə imzaladı

"Sabah" yeni transferi ilə müqavilə imzaladı
ÖLKƏ FUTBOLU 13 Sentyabr 2023 / 21:16 4748
-  A +

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, gücumçu İshak Belfodil bundan sonra komandanın uğurları üçün çalışacaq. Əlcəzairli futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Belfodil karyerası ərzində Fransanın “Lion” (2009-2011), İtaliyanın “Bolonya” (2011/2012), “Parma” (2012/2013, 2014/2015), “İnter” (2013), “Livorno” (2014), BƏƏ-nin “Bani Yas” (2015/2016), Belçikanın “Standard” (2016-2017), Almaniyanın “Verder” (2017/2018), “Hoffenhaym” (2018-2021), “Herta” (2021/2022) və Qətərin “Al-Qarafa” (2022/2023) klublarında çıxış edib. İshak Əlcəzair millisində 19 oyun keçirib, 2 qola imza atıb.

Yeni transfer “Sabah”da 14 nömrəli formada çıxış edəcək.

Daha çox


Son xəbərlər
23.02.26  20:06

Gedirlər - Şəkillər

23.02.26  12:50

Ozobiçdən 70-ci qol

23.02.26  09:53

"Milan"da ağır itki

topaz banner