"Sabah" yeni transferin anonsunu verdi

"Sabah" yeni transferin anonsunu verdi
ÖLKƏ FUTBOLU 13 Sentyabr 2023 / 15:35 5622
-  A +

“Sabah” heyətinə yeni futbolçu qatıb.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yayımlanan video vasitəsi ilə yeni transferin “Lion” (Fransa), “Bolonya”, “Parma”, “İnter”, “Livorno” (hamısı İtaliya), “Standard” (Belçika), “Verder”, “Hoffenhaym”, “Herta” (hamısı Almaniya), “Əl-Qarafa” (Qətər) kimi komandalarda oynadığı göstərilib. 

Bu məlumatlara əsasən, "Sabah"ın yeni futbolçusunun Əlcəzair millisinin üzvü İshak Belfodili olduğu aydınlaşıb.

Qeyd edək ki, 31 yalı hücumçu son klubu "Əl-Qarafa"dan bu yay ayrılıb.

Daha çox


Son xəbərlər
23.02.26  20:06

Gedirlər - Şəkillər

23.02.26  12:50

Ozobiçdən 70-ci qol

23.02.26  09:53

"Milan"da ağır itki

topaz banner