"Kəpəz" bu mövsüm Premyer Liqada sürpriz etdi. "Neftçi"yə qalib gəldilər, "Qarabağ"la heç-heçə etdilər. Amma son 3 oyunda da uduzublar".
Bu sözləri "Kəpəz"in sabiq məşqçisi Vidadi Rzayev Qol.az saytına müsahibəsində deyib.
O, keçmiş komandasının mövsümə startı, Gəncə təmsilçisinin hazrkı durumu və klub rəhbərliyi haqqında fikirlər səsləndirib.
Mütəxəssis klub rəhbərliyinin düzgün şəkildə işləmədiyini deyib: "Kəpəz"ə uğurlar arzu edirəm. Mən həmişə demişəm, yenə də təkrar edirəm, futbolda futbol adamları işləməlidir. Rəhbər vəzifədə futbola can yandıran insanlar çalışmalıdırlar. "Kəpəz"in rəhbərliyindən danışmağ dəyməz. Arxadan atılan daş topuğa dəyər. Bəzi şeyləri vaxtında demək lazım idi. Amma təəssüf ki, müəyyən səbəblərdən deməyə qoymadılar. Mən bunları orada işləyə-işləyə deməli idim. Bəzi insanlar məsləhət gördülər ki, nəsə demək lazım deyil. Məşqçini məşqi edən də rəhbərlikdir. Maliyyə ayırmaq, dayaq durmaq məsələləri var. Bu cür rəhbərliklə komanda yaratmaq olmaz. Yəni, bacarmırsansa, çıx get, bacaranlar gəlsinlər, normal komanda qursunlar. Bunu təkcə mən demirəm, mütəxəssislər deyir".
V.Rzayev qeyd edib ki, "Kəpəz"in bu mövsüm Premyer Liqanı tərk edəcəyini düşünür: "Çox futbol adamı bu qənaətdədir. Yəqin ki, siz də izləyirsiniz, görürsünüz. Belə şeylərin də hamısı klub rəhbərliyindən irəli gəlir".
Millinin sabiq üzvü "Kəpəz"in hazırkı durumunu düzgün transfer siyasətinin yürüdülməməsi ilə əlaqələndirib: "Transfer yoxdur, yaxşı futbolçu yoxdur. Ümumiyyətlə, düzgün strategiya yoxdur. Burada məşqçini qınamaq lazım deyil. Məşqçi rəhbərliyə deməlidir ki, filan futbolçu transfer edilməlidir. "Kəpəz" bir nəfər də olsun normal futbolçu almayıb. Transfer edə bilmirlər. Deyirlər ki, maliyyə yoxdur. Lap əla da maliyyə var. 3 milyon manat Azərbaycan üçün yaxşı puldur. Özləri də sənəd hazırlayıb, təsdiq ediblər ki, hara nə qədər pul xərclənəcək. O pulu kəsə-kəsə gəlib əsas komandanın qarşısına çox az məbləğdə büdcə qoyurlar. Məşqçi də xırıldaya-xırıldaya qalır. Məşqçinin nəyə görə buna dözdüyünü deyə bilmərəm, öz işidir. Hər insanın öz fikri var. Rəhbərlikdən çox şey asılıdır".
V.Rzayev iddia edib ki, Gəncə təmsilçisində akademiyaya, uşaq futboluna diqqət ayrılmır: "Kəpəz"də pullar düzgün xərclənmir. Gəlin, azyaşlı futbolçuların geyindikləri formalara baxın. Sədərək Ticarət Mərkəzinə gedirlər, 5-6 manatlıq geyim alırlar, sənədə isə nə qədər pul yazırlar. Belə futbol olmur axı. Uşaqlar bizim gələcəyimizdir. AFFA-nın ayırdığı maliyyənin hesabatı aparılıb, amma düzgün istifadə olunmur. Ona görə də komanda bu vəziyyətə qalır. "Kəpəz"ə hansı məşqçi gəlsə, onu qınamaq mümkün olmayacaq. Deyirdilər, Gəncə Azərbaycan futbolunun Məkkəsidir. Amma ondan əsər-əlamət qalmayıb. Çünki rəhbər rəhbər deyil. Uşaq futboluna qayğı göstərilmir. Bunlar cib doldurmaq istəyirlər. Hamıya əl tuta bilməzsən, amma bacardığını edə bilərsən. O pulu yemə, cibinə qoyma, uşaq futboluna yönləndir. Burada "Lokomotiv" meydanı var. Orada 100-dən çox uşaq məşq edir. AFFA rəhbərliyi, baş katib Sərxan Hacıyev sağ olsun, meydanı düzəltdi. Klubda isə pulları yeməsinlər, gətirsinlər, bu uşaqlara dəstək olsunlar, bir forma versinlər. Rəhbərliyə görə "Kəpəz"də durum ağırdır. Bu rəhbərlik getməlidir. Onların nələr etdiyinin hamısını deyəcəyəm, amma indi yox".
V.Rzayev "Kəpəz"dən ayrılması haqda da danışıb: "Orada mənə, bizim işçi komandamıza heç kim heç nə deyə bilməzdi. Çünki biz halal maaşımızı alırdıq, işimizi görürdük. O zülmlə komandanı Premyer Liqada saxladıq. Bizim tələbimiz nə idi ki? Futbolçulara yaxşı baxılması. Futbolçu markadır. Onun qayğısına qalmalıyıq. "Kəpəz" kimi klubu bazara, böyük marketə çeviriblər. Bilmirəm ki, adını nə qoyacaqlar. O qədər market var ki. Bunun da adını nəsə qoyarlar. Biz "Kəpəz"ə sərf etmirdik. Tərlan Əhmədov da. Tərlan Əhmədov, Vidadi Rzayev demirdi ki, gətir, cibimizə pul qoy. Özümüzə istəmirdik, futbolçu üçün istəyirdik ki, həvəslənsin, futbol oynasın. Elə vaxt olurdu ki, oyunçu məşqə çıxmaq istəmirdi. Məşqçi heyətinin xətrinə çıxırdı. Çünki maaş almırdılar. Elə olurdu, maaş 2 ay gecikirdi. Özü də pul ola-ola. Yedilər, dağıtdılar".
O, komandanın təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmaması, Azərbaycanda hazırlıq prosesi keçməsi barədə də danışıb: "3 milyon pul ayrılıb, amma bunlar "Dalğa Arena"da məşq keçirlər. "Araz-Naxçıvan" təzə komandadı deyə, xaricə gedə bilmədi. Amma hamı xaricdə təlim-məşq toplanışı keçdi. "Kəpəz" isə heç bir yerə gedə bilmədi. Bəs bu pulları hara xərclənib? Elə hər gələn deyir ki, futbolda cibimi doldurum. Çünki alverçidirlər, futbol adamı deyillər. Onlara futbol maraqlıdır? Yox".
V.Rzayev "Kəpəz"də Gəncədən olan baş məşqçi işləməlidir" kimi fikirlərə də münasibət bildirib: "Onda gedək, Bakıda işləyən gəncəliləri də qovaq ki, burada Bakıdan olanlar işləməlidir. Elə bil, Bakı ayrı, Gəncə ayrı bir ölkədir. Çox adam Bakıda işləyir. Gəncədən olanı Bakıdan qovsunlar? Tərlan Əhmədov, Yaşar Vahabzadə gəldi. Amma dedilər ki, onlar burada nə gəzir, Gəncədən olanlar işləməlidirlər".
Nur Zeynalova
2-ci liqada daha 2 oyun
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil
"Şamaxı"nın qələbəsindən - Video
6 qol, 1 qırmızı vərəqə
"Pley-off haqda düşünmək istəmirəm" - Azər Bağırov
"Bəzən futbolumuzu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
"Real" La Liqanı məhkəməyə verdi
“Qarabağ”lı futbolçunun atası vəfat edib
Səfər qollarına görə rekorda imza atdılar
"Neftçi" - "Qarabağ": Heyətlər
"İnter" aşağı liqaya düşə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
Yamal bu göstəricidə Ronaldonu geridə qoydu
“Hələ də inana bilmirəm ki, çempion olmuşam"
"Şamaxı" - "Kəpəz": Heyətlər açıqlandı
Fransada elitaya yüksələn ilk komanda
Qazyumov ilin ən yaxşı məşqçisi seçildi
Səfər oyununa hələ belə gedən olmamışdı - Video
Üç boksçumuz finala yüksəldi, biri "bürünc" qazandı
Nərimanın komandası qalib gəldi, özü ehtiyatda qaldı
İtaliyada hakimlərin rəhbəri istefa verdi
Vüsal oynadı, komandası səfərdə uduzdu
Finalda rəqibinə kəllə ilə elə zərbə vurdu ki… - Video
Asiya Çempionlar Liqasının qalibi bilindi
“Arsenal” və “Tottenhem”dən qələbə
Azərbaycan güləşçisi Avropa çempionu oldu
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq