Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycanda uşaq futbolu uzun müddətdir ki, idmanımızın problemli sahələrindən biridir. Artıq bir neçə ildir ölkədə futbolçu qıtlığı var ki, bunu aşağı yaş qrupları üzrə milli komandalarımızın nəticələri də göstərir. Hətta ardıcıl 10-cu ildir avrokubokların qrup mərhələsində çıxış edən “Qarabağ”da belə, əvvəlki illərdəki kimi parlayan gənc oyunçu görmürük. Elə mövzu ilə bağlı "Qarabağ" Futbol Akademiyasının yeni koordinatoru Aftandil Hacıyevlə danışdıq. O, ilk növbədə klublarda bazası olan akdemiyaların yaradılmalı olduğunu bildirdi:
“Bundan əvvəl “Qarabağ”ın əvəzedici komandasında çalışmışam. O vaxtdan indiyədək nəinki “Qarabağ”da, ümumilikdə Azərbaycanda uşaq futbolunda irəliləyiş olduqca ləng gedir. Bu da təbii ki, ümumi futbolun inkişafının qarşısını alır. Burada bir çox amillər mövcuddur. Onlardan biri də akademiyaların olmamasından irəli gəlir. Futbolçuların qidalanması, qalmağı, tədrisləri, meydanların istənilən səviyyədə olması, tez-tez beynəlxalq turnirlərdə iştirak etməsi, uşaqların zədədən sonra reabilitasiya olunması və bir çox məsələlər sadalamaq olar ki, hazırda heç bir klubumuzda bunların hamısı formalaşmayıb. Bunlar akademiyanın baza sistemidir. Ancaq düşünürəm ki, gələcəkdə artıq bu yöndə də ciddi işlər görüləcək. Hazırda “Sabah”da akademiya tikilir. Gələcəkdə “Qarabağ” və digər klublarımız da bu cür işlərlə azarkeşləri sevindirəcəklər. Amma bunlar vaxt alacaq, tez bir zamanda hazır olması inandırıcı deyil. Artıq bununla bağlı müzakirələr başlanıb. Tovuzda, Gəncədə akademiya tikildi. Get-gedə ciddi işlər görülür. Gec də olsa, artıq bu yöndə düşünülür”.
A.Hacıyev klublarda savadlı məşqçi çatışmazlığının da problem olduğunu düşünür: “Bu da ayrıca mövzudur. Təbii ki, məşqçilərin də maariflənməyə, təcrübə qazanmalarına ehtiyac var. Azərbaycanda nadir hallarda eşidirik ki, hansısa bir məşqçimiz hər hansı ölkəyə təcrübə toplamağa göndərilir. Söhbət akademiya məşqçilərindən gedir. Yadımdadır ki, 5-6 il bundan əvvəl “Qarabağ”ın akademiyasının məşqçiləri bu yöndə ciddi təcrübə toplamışdılar və həmin məşqçilərdən indi Premyer Liqada çalışanlar var. Hansı ki, böyük bir təcrübə qazana biliblər. Lazımdır ki, gənc məşqçilərimiz təcrübəli klubların, böyük uğurlar qazanmış akademiyaların düşərgələrində olsunlar”.
A.Hacıyev Azərbaycanda meydança çatışmazlığının da ciddi bir problemə çevrildiyini qeyd edib: “Hazırda akademiyalar süni meydanların olmasına da razıdır. Çünki ümumiyyətlə ölkədə ciddi meydança çatışmazlığı var. Təki süni ilə başlayıb gələcəkdə onu təbii örtüyə çevirmək kimi bir layihə olsun. Biz ona da razıyıq. Təbii ki, ot örtüyü olan meydanlar futbolçuların sağlamlığı baxımından çox önəmlidir. Amma hazırda süni örtüklü meydanların sayı da çox azdır. Akademiyaların bununla bağlı ciddi sıxıntı çəkdiyini görürük. Hər birimiz istərdik ki, gələcəkdə uşaqlarımız təbii örtüklü meydanlarda məşq etsinlər. Belə olanda zədələrdən özlərini daha çox qoruyarlar. Amma indiki durumda yenilənmiş süni örtüklü meydanlara da ehtiyac var. Çünki liqaların sayı artıb. 2-ci liqada bir neçə komanda ev oyununu Binədəki stadionda keçirir. Görürsən ki, heç orada oynamaq üçün qrafikdə yer yoxdur. Hazırda akademiyalar üçün çox ciddi meydan çatışmazlığı var”.
"Qurban Qurbanov hətta U-16-nın üzvlərinə də əsas komanda ilə məşq etmək imkanı yaradır"
Aftandil Hacıyev “Qarabağ”ın əvvəlki illərdə olduğu kimi, öz yetirmələrini üzə çıxara bilməməsindən də danışıb. O, bu yöndə ciddi işlərə başladıqlarını deyib: “Bu gün “Qarabağ” artıq dünya səviyyəli bir kluba çevrilib. Tələblər yüksəlib. Nəinki bizim akademiyadan, hətt digər akademiyalardan da “Qarabağ”ın əsas komandasına futbolçu vermək olduqca çətindir. Amma deməzdim ki, bu, yox səviyyəsindədir. Hazırda futbolçuları ciddi nəzarət altına almışıq. Düşünürük ki, yaxın gələcəkdə bir neçə futbolçunu əsas komandada görə bilərik. Akademiyamız hazırda əsas komanda ilə sıx əlaqədədir. Baş məşçimiz Qurban Qurbanov nəinki əvəzedici heyətdən, U-19, U-17, hətta U-16 komandasının üzvlərinə də əsas komanda ilə məşq etmək imkanı yaradır. Biz də bu futbolçuları çox yaxından izləyirik. Düzdür, belə futbolçuların sayı çox deyil. Yuxarı yaş qruplarında oynayan istedadlı futbolçularımız digər komandalara keçirlər. İndiki halda belə, bir neçə futbolçu var ki, artıq əsas komandaya təklif olunub və məşqlərdə iştirak edirlər. Gələcəkdə özünü doğrulda biləcək gənc futbolçularımız var. 15 yaşdan aşağı futbolçularımızın arasında perspektivli oyunçular daha çoxdur. Onları da gözləmək üçün minimum 3-5 ilə ehtiyac var. Amma U-17 və U-19-da da istedadlı oyunçular var. Sadəcə onlarla ciddi məşğul olub öz potensiallarını açmağa kömək etməliyik. Bu baxımdan bir struktur formalaşdırmışıq. Bizim “Sərhədçi”dəki meydanımız yararsız haldadır. Hazırda ot örtüyünün dəyişdirilməsi ilə bağlı müzakirələr gedir. Düşünürəm ki, tez bir zamanda oranın ot örtüyü dəyişdiriləcək. Rəhbərlik də futbolçuların inkişafı üçün əlindən gələni əsirgəməyəcək. Biz həm “Sərhədçi”, həm də “Tofiq Bəhramov”da qərarlaşmışıq. Hər ikisində köməkçilərim var. Futbolçular üzərində nəzarət daha da ciddiləşib. İstedadlı futbolçuları gözdən qaçırmamalıyıq. Bilirsiniz ki, oyunlar şənbə və bazar günləri keçirilir. Onların hamısında mənim iştirak etməyim qeyri-mümkündür. Ona görə də köməkçilərim digər oyunlarda iştirak edəcəklər. Məşqlərdə də belə olacaq. Futbolçuların hər bir davranışını, onun aydan-aya dəyişdiyini müşahidə etməliyik. Yalnız bu halda tez bir zamanda əsas komandaya futbolçu vermək olar. Gələcəkdə akademiyamızda mütəxəssislərin sayını da artırmağı düşünürük. Fərdi, fiziki, analitik məşqçilərin olması layihəmizdə mövcuddur. Amma hazırda ən önəmli olan meydanımızın dəyişməsidir. Bu baş verdikdən sonra digər məsələləri də yoluna qoymağa çalışacağıq. Bundan sonra yeni istedadlı oyunçuların üzə çıxdığını görə bilərik.
Milli komandalarımızın oyunçu seçiminin az olmasıdan da danışan mütəxəssis bu problemin həlli yolunu göstərib: “Klublarda akademiyaların olması ən vacib amillərdən biridir. Bu yöndə işlər getməlidir. Hər bir klubun akademiyasının bazası olsa, qısa müddətdə milli komandamız üçün yetişən futbolçuların sayı da artar. Bu gün bizim akademiyamızın bazası olmadığı halda da milli komandalarda çıxış edən 15-ə yaxın futbolçumuz var. Xüsusilə 15 yaşlılarımız daha çox seçilir. U-16 millimizin son toplanışına 6 nəfər dəvət alıb. Hətta daha 4-5 nəfər də U-16 millimizdə oynamaq gücündədir. U-17, U-18 və U-19 millimizdə də dəvət alan futbolçularımız var. Düşünün ki, bazalı akademiya olsa, bu futbolçuların sayını artıra bilərik. Bu futbolçuların qidalanması, təhsili, hər şeyi yerində olsa, milliyə namizədlər də ortaya çıxar. Bunu bu yaxınlarda getdiyimiz “Qalatasaray”ın akademiyasında da sezmək olardı. Orada milli komandalarda oynayan 30-a yaxın futbolçu var idi. Təbii ki, onların akademiyalarının bazası da Avropadakılarla müqayisə olunacaq səviyyədə deyil. Məsələn, “Ayaks” və PSV-ni nəzərdə tuturam. Amma baxırsan ki, kifayət qədər meydanları var. Yəni bu şəraitdə milli komandalara 30-a yaxın futbolçu verirlər”.
A.Hacıyev Azərbaycanda valideynlərin futbola yanaşmasına da toxunub. O, futbolçuların peşəkar kimi yetişməsində valideynlərdən çox şey asılı olduğunu bildirib: “Məşqçi və valideyn arasında çox yaxşı kommunikasiya olmalıdır. Xüsusilə 15-16 yaşa qədər. Ondan sonra futbolçular sərbəst olur. Biz PSV-nin akademiyasında olanda görmüşdük ki, valideynlərə futbol dərsi keçirlər. Valideynlərin də futbol haqda malumatı olmalıdır. Belə olmayanda problemlər yaşana bilir. Bəzən görürsən ki, istedadlı futbolçudur, amma valideyni onu öz bildiyi kimi yönlədirmək istəyir. Belə olanda da futbolçu ciddi karyera qura bilmir. Yəni bu yöndə də klubların üzərinə məsuliyyət düşür. Valideynləri təlimatlandırmaq lazımdır. Təbii ki, bütün valideynlər sözə qulaq asan olmaya bilər. Amma hər biri ilə dil tapmaq çox önəmlidir. Mən “Qarabağ”a gələndə bununla bağlı elə də ciddi problem olmayıb. Amma bilirəm ki, bütün akademiyalarımızda belə problemlər mövcuddur”.
Ramiq Ağaməmmədov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər
"Bayer"lə 2031-ci ilə qədər müqavilə bağladı
“Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
Azərbaycan çempionatının final mərhələsi başladı
Osimhen "Barselona"nın diqqət mərkəzində
“Real”ın sabiq dietoloqundan qalmaqallı açıqlama
Kvaratsxeliya Gürcüstan millisinin yeni kapitanı oldu
Lukaku Belçika yığmasının düşərgəsini tərk etdi
20 yaşlı futbolçu güllələnərək öldürüldü
Zidan köməkçilərini seçdi
Xusanov ata oldu - Video
Ahmet Çakar “Qarabağ”ın epizodu haqda nə dedi?
"Xankəndi" bu dəfə 5 qolla qalib gəldi - Video
Salah "Liverpul"dan ayrılacağını açıqladı
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?