2022-ci ilin fevralında Rusiyanın Ukrayna hərbi hücumu başlayandan bu ölkənin futbolu beynəlxalq yarışlardan qeyri-müəyyən müddətə uzaqlaşdırıldı. O vaxtdan bu Rusiya klubları və çempionatı da əvvəlkitək diqqət mərkəzində deyil. Bununla belə, ölkədə daxili yarışlar davam etdirilir, yeni-yeni gənc futbolçular üzə çıxır.
Bu gün həmin futbolçulardan biri barədə bəhs etmək istəyirik. O səbəbdən ki, bu futbolçu əslən azərbaycanlıdır. Söhbət Premyer Liqada yarışan Moskvanın "Dinamo" komandasının sol vingeri, 21 yaşlı Ülvi Babayevdən gedir.
Babayev 2 gün əvvəl Rusiya kubokunda "Krılya Sovetov"a qarşı matçın qəhrəmanına çevrilib. O, 4:0 hesabı ilə yekunlaşan görüşdə bir-birindən gözəl 3 qol vurub. Bu, onun peşəkar klub karyerasında ilk het-triki olub.
Həmin qolların videosu
İnternet mənbələrindəki məlumatlara əsasən, Ülvi Laçın oğlu Babayev 30 mart 2004-cü ildə Moskva vilayətinin Ximki şəhərində doğulub. Futbolla məşğul olmağa doğma şəhəri Ximkidə başlayıb, eyni adlı klubun yerli futbol sisteminə daxil olub. 2014-cü ilin yayında “Lev Yaşin adına Dinamo Akademiyası”na keçib. Ülvi indiki klubu "Dinamo"nun yetirməsidir. İstedadlı futbolçu 2018-cu ildə Rusiyanın U-15, bir il sonra isə U-16 komandasına da cəlb edilib. O, U-15 millisində 8, U-16-da isə 2 oyun keçirib.
2021/22 mövsümündən "Dinamo"nun gənclərdən ibarət komandasına cəlb edilib. Gənclər Liqasında meydana çıxdığı 23 oyunda 13 qol vurub, 10 qolun isə ötürməsini edib. Sonradan "Dinamo"nun farm-klubu olan "Dinamo-2"yə cəlb olunan Babayev bu komanda ilə birgə 2-ci liqada da inamlı oyun nümayiş etdirib. Onun iki mövsüm ərzində göstəriciləri belə olub: 44 oyun, 16 qol, 6 qol ötürməsi. 2024/25 mövsümündə icarə qaydasında "Krılya Sovetov"da oynayıb, Rusiya Premyer Liqasında 13 oyunda meydana çıxıb.

2025/26 mövsümündə isə Babayev bir vaxtlar əfsanəvi azərbaycanlı futbolçu Ələkbər Məmmədovun, sonra bir müddət İsgəndər Cavadovun da oynadığı Rusiyanın məşhur klublarından biri "Dinamo" Moskvanın əsas komandasına cəlb edilib. Babayev "Dinamo"nun heyətində artıq 9 oyunda meydana çıxıb, 4 qol vurub (1 qol Premyer Liqada, 3 qol ölkə kubokunda).
Ülvi kubokda 4-də oyunda iştirak edib (hamısında da əsas heyətdə), Premyer Liqada isə hələlik 5 matçda sonradan oyuna daxil olub. Amma onun bu uğurlu gedişlə "Dinamo"nun əsas oyunçusuna çevriləcəyi ehtimalı da yüksəkdir.
Milli komandaya gəlincə, güman etmək olar ki, o, öz oyunu ilə AFFA-nın da diqqəti çəkir. Lakin hələlik Ülvi Babayevin gələcəkdə Rusiya, yoxsa Azərbaycan millisində oynamaq istəməsinə dair dəqiq bir məlumat yoxdur.
Sadəcə, o, "Krılya Sovetov"a 3 qol vurduğu oyundan sonra "Matc TV"nin Rusiya millisinin noyabrdakı təlim-məşq toplanışına cəlb olunma şansının olub-olmamasına dair suala belə cavab verib: " Bu sualı Valeri Georgiyeviçə (Karpinə) (Rusiya millisinin və "Dinamo"nun baş məşqçisi - red.) vermək lazımdır. Burada hər şey sənin özündən asılıdır. Öz üzərində yaxşı işləsən, toplanışa düşəcəksən".
Karpin özü də "Krılya Sovetov"la oyundan sonra Babayev haqda xoş sözlər deyib, lakin onu həddindən artıq tərifləməməyə çağırıb:
"Bu gün Babayev özünü normal, hətta yaxşı tərəfdən göstərdi. Hər şey ondan asılıdır. Afərin. Amma əvvəllər də belə futbolçular olub - bir il oynayıblar, sonra isə yoxa çıxıblar. Ona görə də hələ təriflər yağdırmağa dəyməz. Gözləyək, görək necə olacaq".
ELNUR,
QOL.az
"Qarabağ"dan mövsümün ilk qələbəsi - Video
Qurban Qurbanov Sefasın durumundan danışdı
“Zamanla daha yaxşı “Şamaxı” görəcəyik” - Azər Bağırov
“İlk oyundan bizim üçün böyük siqnal oldu” - Qurban Qurbanov
Bəhlul 6 aydan sonra meydana qayıtdı - Video
“Qarabağ” mövsümə qələbə ilə start verdi
Messinin komandası hakimin cəzalandırılmasını tələb edir
“Real”ın yetirməsindən rekord transfer
"Bavariya" səhmlərini satışa çıxarır
Neymar yeni qaydanın tətbiq olunduğu ilk futbolçu oldu
İnfantinonun yenidən seçilməsinə etiraz etdilər
"Qarabağ" - "Şamaxı": Heyətlər
Arda Turan bombalar altında yaşadıqlarını danışır - Video
Luis Enrike: “Gördüklərimdən razıyam, nəticədən yox”
İtaliya klubunun futbolçusu xəstəxanalıq oldu
"Qarabağ"da şok itki
Buskets “Barselona”ya məşqçi kimi qayıtdı
"Yuventus"dan yeni transfer
Azərbaycan millisi Belarusa uduzdu
"Sumqayıt"ın xəsarət alan futbolçusu əməliyyat olundu
"İmişli"də ayrılıq
“Sabahın Ulduzları”: "Qəbələ" "Sumqayıt"la heç-heçə etdi
“Qarabağ”ın yenilənən meydançasının son durumu - Video
PFL Zubirə təşəkkür etdi
“Sumqayıt”da 4-cü, Premyer Liqada 71-ci legioner
“Neftçi”nin 25 il gözlədiyi start
“Artıq “Zirə” üçün hər oyun final kimi olacaq”
Müllerdən ardıcıl ikinci oyunda qol
“Gözüm səni axtaracaq” - Elvindən Zubir paylaşımı
PSJ-yə qalib gəlib Superkuboku qazandılar
“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyunlardan danışdı
Rəşad Sadıqovdan qələbə şərhi
"Zirə" "Şəfa"ya belə qalib gəldi - Video
Nəriman Axundzadə Superliqada debüt etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var