“Kəpəz”ni baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 9-cu turunda “İmişli”yə məğlub olduqları oyunla (0:3) bağlı danışıb.
QOL.az xəbər verir ki, matçdan sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən komandanın qırmızı vərəqə aldığı andan sonra oyun planının pozulduğunu bildirib: “Çox ağır məğlubiyyət aldıq. Qırmızı vərəqəyə qədər pis oynamırdıq, bəzi epizodlar alınırdı. Lakin qırmızıdan sonra bütün planlarımız pozuldu."
Bağırov ötən tur “Şamaxı”ya qarşı qazandıqları qələbəni təsadüfi saymır: “Futboldur, hər oyun fərqlidir. ‘Şamaxı’da rəqib qırmızı vərəqə alanda hesabda öndə idik. Bu gün isə ilk 25 dəqiqədə komanda pis oynamadı.”
Baş məşqçi qapıçının çıxışı ilə bağlı suallara isə belə cavab verib: “Şərh etməyə ehtiyac yoxdur. Çox şey danışmaq olar, amma bu gün susmaq lazımdır. Qışa qədər mümkün qədər çox xal toplamalıyıq.”
Mütəxəssis “Qışda yeni qapıçı transferi gözlənilir?” sualına: “Hər şey ola bilər, düşünəcəyik,” deyə cavab verib.
Qapıçının seçiminin səbəblərini izah edərkən isə baş məşqçi bildirib ki, seçim məşqə yanaşma və intizam meyarlarına görə aparılıb: “Xüsusi bir səbəb yoxdur. Məşqə yanaşma, intizam qaydalarına görə seçim edirik. Qapıçı məşqçisi ilə də məsləhətləşirik.”
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu