Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının tarixi dəyişdirilib.
QOL.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yeni qərara əsasən, mundial 2026-cı il oktyabrın 4-11-i aralığında baş tutacaq. Turnirin tarixinin dəyişdirilməsində məqsəd mötəbər yarışın digər beynəlxalq idman tədbirləri ilə eyni vaxta təsadüf etməməsi və dünya çempionatının televiziya yayımının daha geniş auditoriyaya çatdırılmasının təmin edilməsidir.
Fərdi mübarizələr oktyabrın 4–10-da, qarışıq komanda yarışları isə 11-də keçiriləcək.
Bakı bu nüfuzlu yarışa ikinci dəfə ev sahibliyi edəcək. Paytaxtda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə təşkil olunmuşdu.
Qeyd edək ki, daha əvvəl mundialın iyulun 9-16-sı aralığında təşkili planlaşdırılmışdı.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı