"Bilirdik ki, asan olmayacaq, elə də oldu. Rəqib fiziki cəhətdən yaxşı və aqressiv idi. Belçika ilə matçda çox enerji sərf etdik. Gözəl oyun alınmasa da, istədiyimizə nail olduq. Meydan da yaxşı deyildi".
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İordaniya ilə bu gün keçirilən beynəlxalq yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.
O, 2:1 hesablı qələbəni belə şərh edib: "Emin Mahmudov meydandan çıxanda gördünüz ki, yorğun idi. Əsas qaleodurumuzdur, peşəkardır, böyük keyfiyyətllərə malikdir. Meydanda çox gənc komanda var idi. Müdafiəçilərimiz 98-97-ci il təvəllüdlüdürlər. Heyətdə olanların hamısı gənclərdir. Məncə, yaxşı test oldu. Gələcəkdə bundan düzgün yararlanmalıyıq".
İtaliyalı mütəxəssis oyun zamanı çox emosional olması ilə bağlı isə qeyd edib: "Çünki bir az səsim batıb, qışqıra bilmirdim. Jestlə hərəkətlər etməyə çalışırdım. Daha yaxşı oynaya bilərik. Uşaqların bəziləri də deyirdi ki, meydança pis idi. Hücum fazasında daha yaxşı oynaya bilərdik, daha çox qol vura bilərdik".
De Byazi Avro-2024-ün qarşıdan gələn oyunlarında da yaxşı nəticə qazanacaqlarına ümid etdiyini bildirib: "Yəqin ki, buna siz və azarkeşlər də inanırlar. 101 faizimizi qoyacağıq ki, yaxşı nəticə qazanaq. Estoniya və Avstriyaya qarşı ağır oyunlar olacaq. Belçikaya qarşı göstərdiyimiz oyunu göstərsək, Avstriya və İsveçi Bakıda çətinliyə sala bilərik".
Baş məşqçi Premyer Liqada rəqabətin artması ilə bağlı da danışıb: "Çempionat inkişaf edirsə, bizim üçün yaxşıdır. Legionerlər gəlir. Onlar nə qədər çox gəlirsə, bizimkilərin oynamaq şansı azalır. Ən yaxşılarını seçməliyik. Beynimdə tutduğum qrupu, komandanı çox dəyişmək istəmirəm. Balanslı komanda qurmaq istəyiriksə, eyni qrupla davam etməliyik".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi