"Sumqayıt" yeni transferi ilə müqavilə imzaladı

"Sumqayıt" yeni transferi ilə müqavilə imzaladı
ÖLKƏ FUTBOLU 11 Sentyabr 2023 / 20:37 2422
-  A +

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt"daha bir futbolçunun keçidini reallaşdırıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Misli Premyer Liqası təmsilçisi Şimali Makedoniyanın "AP Brera" klubunun futbolçusu Kristian Velinovski ilə 2 illik müqavilə imzalayıb. 24 yaşlı cinah oyunçusu "18" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Kristian Velinovski karyerası ərzində Şimali Makedoniyanın "Breqalnitsa" və "AP Brera" klublarında çıxış edib. Velinovski Şimali Makedoniyanın 21 yaşlılardan ibarət milli komandasına da dəvət alıb.

Daha çox


Son xəbərlər
23.02.26  20:06

Gedirlər - Şəkillər

23.02.26  12:50

Ozobiçdən 70-ci qol

23.02.26  09:53

"Milan"da ağır itki

topaz banner