"Qarabağ" qrup oyunları üçün iştirak ərizəsini açıqladı

"Qarabağ" qrup oyunları üçün iştirak ərizəsini açıqladı
ÖLKƏ FUTBOLU 9 Sentyabr 2023 / 12:03 7091
-  A +

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin oyunları üçün sifariş ərizəsini UEFA-ya göndərib.

Qol.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb. Baş məşqçi Qurban Qurbanov heyətə 25 futbolçunun adını daxil edib. Komandadan ayrılacağı gözlənilən fransalı hücumçu Adama Diakabinin adı heyətdə yoxdur.

Qapıçılar: Luka Quqeşaşvili, Amin Ramazanov, Andrey Lunyov

Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov, Bədavi Hüseynov, Kevin Medina, Mateus Silva

Yarımmüdafiəçilər: Julio Romao, Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Riçard Almeyda, Patrik Andrade, Nihad Quliyev

Hücumçular: Hamidu Keyta, Juninyo, Redon Cica, Nəriman Axundzadə

Xatırladaq ki, "Qarabağ" qrup mərhələsində, "Bayer" (Almaniya), "Hekken" (İsveç) və"Mölde" (Norveç) ilə mübarizə aparacaq.

Daha çox


Son xəbərlər
topaz banner