Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Avro-2024-ün seçmə mərhələsinin Azərbaycanla oyunundan öncə keçirilmiş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Kevin De Bruyne sabah olmayacaq. Onu necə əvəzləyəcəksiz?
- De Bruyneni birbaşa əvəzləmək mümkün deyil. “Mançester Siti”nin oyununu izləyəndə də, aparıcı deyirdi ki, Kevinin yoxluğu hiss edilir. Bizim üçün də eyni vəziyyətdir. Kollektiv şəkildə oynayaraq onun yoxluğunu hiss etdirməməliyik. Həmin mövqedə oynayan oyunçu da düzgün anda, düzgün qərarlar verməlidir. Kreativliyi də çox önəmlidir.
- Romelu Lukaku sabah oynayacaq?
- Bəli. Doğrudur, kifayət qədər məşq etməyib. Amma fərdi məşqlər edir. Sabaha hazırdır. Ona dəstəyimiz var. Komandanın kapitanıdır.
- Meydanın vəziyyəti nə yerdədir? Zədə almaq ehtimalı çoxdur?
- Şərtləri olduğu kimi qəbul etməliyik. Yaxşı ki, bir gün əvvəl gəldik, gördük hər şeyi. Tək meydanı yox, paltardəyişmə otağını da. Sabah meydanda çox enerji sərf etməliyik. Digər məsələlərə isə enerji sərf etməməliyik. Bununla bağlı bir dəqiqə danışdıq. Sonra da bağladıq məsələni.
- Lukaku 90 dəqiqə oynamağa hazırdır?
- İnanmıram. Hələ ki, 90 dəqiqə oynamaq onun üçün tezdir.
- Milli üzvlərinin toplanışdan keçməkləri nə dərəcə önəmlidir?
- Keçiblərsə, yaxşıdır. Bəziləri yaxşı hazırlıq dövrü keçib. Nisbətən az hazırlıq dövrü keçənlər də var. Ehtiyatda olan oyunçuların da təsiri önəmi böyükdür. Çünki sonradan meydana daxil olub nəticəni müsbətə dəyişə bilərlər. Avstriya ilə matçda bunu gördük.
- Sabahkı matçla bağlı düşüncələrin necədir? Asan qələbə olacaq, yoxsa necə?
- Açığı, həmişəkindən daha çox gərginəm. Müsahibələri oxuyuram, artıq çoxları deyir ki, Avropa çempionatına vəsiqəni qazanmışıq. Bu, düzgün deyil. Mənim stilimdə olmayan bir şeydir. Oyunçulara da deyirəm ki, doğru deyil, biz oyunlara köklənməliyik, qalib gəlməliyik. Azərbaycan millisini təhlil etmişik. Doğrudur, İsveçə 0:5 uduzublar. Amma girib detallara baxanda, Azərbaycan ilk yarıda daha çox topa sahib olub. Bir qol vursaydılar, başqa cür alınardı. Sabah Azərbaycan hesabda 1:0 önə keçsə, hər şey başqa cür olacaq. Onların heyətində Ramil Şeydayev kimi futbolçu var ki, istənilən klubda oynaya bilər. Mentalitet çox önəmlidir ki, nəticəni əldə edəsən. (sportal.az)
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi