"Birbaşa Bakı" qrup lideri kimi ÇL-in 1/8 finalında - Yenilənib

"Birbaşa Bakı" qrup lideri kimi ÇL-in 1/8 finalında - Yenilənib
ÖLKƏ FUTBOLU 7 Sentyabr 2023 / 23:00 4630
-  A +

Minifutbol üzrə "Birbaşa Bakı" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında 3-cü oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda Albaniyanın "Prestij" ilə üz-üzə gəlib. Matç Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.

Komanda daha əvvəl Moldovanın "Volta" klubuna 4:1, Yunanıstan çempionu “Maqufana”ya 3:1 hesabı ilə qalib gəlib. Beləliklə, xallarının sayını 9-a çatdıran "Birbaşa Bakı" qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, 1/8 finalın görüşləri sabah keçiriləcək.

*       *       *

Azərbaycanın minifutbol üzrə komandalarından "Birbaşa Bakı" Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında ikinci oyununa çıxıb.

Qol.az xəbər verir ki, "Birbaşa Bakı" Moldovanın "Volta" kollektivi ilə üz-üzə gəlib. Matç Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda ötən gün Yunanıstan çempionu “Maqufana”ya qalib gəlib - 3:1.

Beləliklə, xallarının sayını 6-ya çatdıran "Birbaşa Bakı" 1/8 finala vəsiqəni təmin edib.

"Birbaşa Bakı"nın 3-cü görüşdəki rəqibi Albaniyanın "Prestij" klubu olacaq.

Daha çox


Son xəbərlər
topaz banner