"Neftçi"nin yeni transferi Reziuan Mirzov klubun televiziyasına müsahibə verib.
Qol.az xəbər verir ki, rusiyalı yarımmüdafiəçi paytaxt klubunda səmimi qarşılandığını bildirib: "Buna görə təşəkkür edirəm. Bu keçid gözlənilməz və sürətli oldu. Klub həqiqətən, mənimlə maraqlanırdı. Rəhbərlik bu keçidi tez bir zamanda həll etmək üçün demək olar, hər şeyi etdi. Düzünü desəm, əvvəlki klubumla müqaviləm başa çatdığı üçün özümü Rusiyada deyil, xaricdə sınamaq qərarına gəldim. Rusiyada 10 il yaxşı səviyyədə oynamışam. Ona görə düşündüm ki, indi deyilsə, nə vaxt? Qərar verdim ki, buraya gəlməliyəm".
Mirzov "Neftçi"dən təklif gələndən sonra heç kimlə məsləhətləşmədiyini deyib: "Çox xoş təəssüratlarım var. Çünki "Neftçi" tarixi ənənələrə malik böyük klubdur. Dərhal qərar verdim ki, buraya gəlməliyəm. Açığı, "Neftçi"yə keçməklə bağlı heç kimlə məsləhətləşməmişəm. "Spartak"da olan Avstriyadakı təlim-məşq toplanışında "Neftçi" ilə oynamışdıq. Elə orada Emin Mahmudovla "Neftçi" haqda danışmışdıq. Solomon Kverkeliya da sizdə oynayırdı. Onu az tanıyıram, komanda haqda bir az danışmışdı. Prinsipcə, hər bir halda buraya gəlmək mənim üçün prioritet idi".
Reziuan Mirzov "Neftçi"də onun mövqeyində olan rəqabətdən çəkinmədiyini qeyd edib6 "Rəqabət səni artırmağa və inkişaf etməyə vadar edir. Bütün komandalarda rəqabət var. Düşünürəm ki, bu yaxşı haldır. Sadəcə özünü sübut etmək və işləmək lazımdır. Bütün azarkeşlərə və özümüzə arzu edirəm ki, klub rəhbərliyinin qarşımıza qoyduğu tapşırıqları yerinə yetirək. Komandanın ənənələrinə uyğun gələn yüksək göstəricilərlə azarkeşlərimizi şad edək. Qoy onları oyunumuzla, nəticələrimizlə sevindirək və birlikdə bizdə hər şey uğurlu alınsın".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi