"Baş məşqçi və onun köməkçiləri yığmaya inandıqları futbolçuları dəvət edirlər. Ona görə də millinin heyəti ilə bağlı çox danışa bilmirəm".
Bu sözləri Qol.az saytına açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
Ötən gün Azərbaycan yığmasının Avro-2024-ün seçmə mərhələsində Belçikaya qarşı keçirəcəyi matç və İordaniya ilə yoxlama oyunu üçün heyəti açıqlanıb.
A.Mircavadov isə millinin tərkibi haqqnda fikirlərini bölüşüb: "Azərbaycan millisi deyəndə oradakı futbolçuların yaşına yox, oyununa baxılır. Biz elə görmüşük. Kim oynayır, o da milliyə çağırılmalıdır. Yığmadakı futbolçuların çoxu öz klublarında kifayət qədər şans alırlar".
O, "Neftçi"nin futbolçusu, bu mövsüm çox az oyun şansı qazanan milliləşdirilmiş iranlı Höccət Haqverdinin komandaya çağırılmasına da toxunub: "Belə hallar olur. Yəqin ki, baş məşqçi ona inanır. Amma Höccətin oyun təcrübəsi yoxdur. Şəxsən mən oyun təcrübəsi olmayan futbolçunu milliyə dəvət etməzdim. Milli komanda o deməkdir ki, oradakı bütün futbolçular öz klublarında lider kimi çıxış edirlər. Futbolçu zəif oynayırsa, niyə milliyə dəvət alsın? İndi bu məsələ baş məşqçinin səlahiyyətindədir. De Byazi yəqin ki, ona inandığı üçün dəvət edib. Amma inam ayrı, futbolçunun hazırkı forması ayrı. Mən bu seçim haqqında bir söz deyə bilmərəm. Milliyə 26 futbolçu çağırılıb. Ramil Şeydayev Belçika ilə görüşdən sonra klubuna qayıdacaq, 25 futbolçu qalacaq. Bir iş var ki, bəzi futbolçular milliyə dəvət alsalar da, oynamırlar. Bu da pisdir. Mənim öz fikrim var ki, milliyə çağırılanlar hazır vəziyyətdə gəlməlidirlər. Klubda zəif oynayan futbolçunu dəvət edirsən, gəlir yığmada da oynamırsa, vaxtını da, oyun praktikasını da itirir. Lakin indi heç nə demək olmaz. Biz milliyə öz ürəyimizi vermək istəyirik ki, yaxşı çıxış etsin, xal ehtiyatını artırsın. Hamımız yığmaya kömək etməliyik".
Qeyd edək ki, yığma sentyabrın 9-da Belçikanı, üç gün sonra isə İordaniyanı qəbul edəcək. Hər iki qarşılaşma "Dalğa Arena"da gerçəkləşəcək.
Nur Zeynalova
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi