"Araz Naxçıvan"ın futbolçusu Abdulla Rzayev klubun saytına müsahibə verib.
- “Kəpəz”lə oyunda qazanılan qələbə şərhini eşitmək istərdik...
- Bilirdik ki, Gəncə ən çətin səfərlərimizdən biri olacaq. Özüm də ötən il “Kəpəz”in formasını geyinmişəm. Bu komanda üçün dogma meydan amili hansı əhəmiyyət daşıdığını yaxşı bilirdim. Üstəlik, yerli azarkeşlər tərəfindən də komandaya yaxşı dəstək verilir. Oyuna hazırlıqlı başlamışdıq, motivasiyamız da yaxşı idi. Meydan sahibi komandanın təzyiqinə baxmayaraq, yaradacağımız imkanlardan maksimum istifadə etmək istəyirdik. Çox şükür, bunu bacardıq.
- Ötən il uğuru üçün çalışdığın komandaya qarşı bu dəfə rəqib qismində mübarizə aparmaq çətin olmadı?
- Qəribə hisslər keçirdim. Halbuki ötən il bu meydana “Kəpəz”ə qələbə qazandırmaq üçün çıxırdım. Rəqib qismində gəlsəm də, yerli azarkeşlər məni isti qarşıladılar. Onlara təşəkkür edirəm. Futbolçu karyerası elədir ki, ötən il Gəncə azarkeşlərini sevindirmək üçün çalışırdım, bu gün Naxçıvan futbolsevərlərinə eyni hissi yaşatmaq üçün mübrizə aparıram. Sabah necə olacaq, onu zaman göstərəcək.
- “Kəpəz”in əsas silahlarından Martins Junioru zərərsizləşdirmək çətin olmadı?
- Martinin necə futbolçu olduğunu, hansı üstünlüyə sahib olduğunu bilirdim. Çünki ötən il eyni komandada oynadığımıza görə, məşqlərdə birgə çox iştirak etmişik. Ona qarşı oyunum yaxşı alındı. Görünür, təhlilər düzgün aparılmışdı.
- Əvvəlki 4 oyunda “Araz-Naxçıvan” oyunu ilə gündəm olmuşdusa, bu dəfə nəticə ön plana çıxdı.
- Futbolda əsas nəticədir. Əlbəttə, baxımlı futbol nümayiş etdirmək yaxşıdır, amma bunu nəticəyə çevirə bilmirsənsə, komandana ancaq ziyan vurursan. “Kəpəz”lə matçda isə nəticə əsas idi. Matçdan əvvəl hər iki komanda eyni sayda xala malik idi. Bir növ 6 xallıq matç hesab olunurdu.
- Milli komandanın oyunları ilə bağlı yaranmış fasiləni komandamız üçün “qənimət” hesab etmək olarmı?
- Olar, çünki komanda olaraq yay fasiləsi zamanı gec yığışdıq, təlim-məşq toplanışı keçirmədik. Komanda üzvləri indi-indi bir-birini başa düşməyə, meydanda anlamağa başlayıb. Düzdür, fasilə zamanı “Araz-Naxçıvan”ın düşərgəsində olmayacaq. U-21-in Serbiya ilə keçirəcəyi oyunun hazırlığına dəvət olunmuşam. Bir futbolçu üçün milliyə dəvət almaq, onun uğurları üçün çalışmaq hər zaman fəxr olub. Geri döndükdən sonra yenə baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacam.
- Qarşıda “Neftçi” ilə oyun var. Son matçlarda uğurlu nəticələri ilə seçilən “ağ-qaralar”la duel haqda nə düşünrsən?
- Oyun çox çətin olacaq. “Neftçi” çempionluğa iddialıdır, yeni heyət yığıb, məşqçi korpusunu dəyişib. Amma “Araz-Naxçıvan” arxada qalan 5 turda qazandığı müsbət imici və nəticələri bu görüşdə də təkrarlamaq üçün mübarizə aparacaq.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi