Bu həftə Avropa kuboklarının (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) qrup mərhələlərinin bütün iştirakçıları müəyyənləşib.
Bu üç yarışın hər birində 32 komanda olmaqla ümumilikdə 96 komanda yarışacaq. Həmin komandalar arasında Avroliqada oynayacaq Azərbaycanın "Qarabağ" klubu da var. Ağdam təmsilçisi ardıcıl 10-cu dəfədir qrup mərhələsinə qatılır. Onlar 2014/15-ci il mövsümündən başlayaraq qrupda yarışır.
Qol.az haqqın.az-a istinadən xəbər verir ki, "Qarabağ"dan başqa Avropada qrup mərhələsində daimi oynayan yalnız 15 komanda var. Bunlar "Real" (Madrid), "Bavariya", "Barselona", "Mançester Siti", "Atletiko" (Madrid), "Sevilya", PSJ, "Borussiya" (Dortmund), "Portu", "Roma", "Napoli", "Benfika", "Şaxtyor", "Olimpiakos" və "Seltik"dir.
Göründüyü kimi, "Qarabağ" Avropanın böyük komandaları ilə bir sıradadır. Bir önəmli fakta da diqqət yetirək.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Avropada heç bir klubun qazanmadığı uğura nail olub. "Qarabağ" təsnifat mərhələsindən başlayaraq dalbadal 10 ildir Avropada qrupa yüksələn yeganə klubdur. Yəni "köhnə qitə"də ikinci belə komanda yoxdur.
Qeyd etmək yerinə düşər ki, "Real, "Bavariya", "Barselona" və PSJ son 10 ildə qrup mərhələsində həmişə birbaşa oynamaq hüququ əldə edib. Bu isə onların təmsilçisi olduğu ölkələrin UEFA-dakı yüksək reytinqi ilə bağlıdır. Bunun sayəsində həmin klublar təsnifat mərhələsindən azad olublar. Yalnız "Mançester Siti" və "Borussiya" 2014/15 mövsümündən başlayaraq bir dəfə, "Sevilya", "Roma" və "Napoli" isə 2 dəfə təsnifat mərhələsində iştirak edib.
Adları çəkilən 15 komandadan təkcə "Olimpiakos" cə "Seltik" "Qarabağ"ın uğuruna yaxın olublar. Onlar 10 mövsümdən 8-də avrokuboka təsnifat mərhələsindən başlayıblar və qrupa düşməyə nail olublar. Yalnız 2 dəfə Yunanıstan və Şotlandiya təmsilçisi ölkələrinin yüksək futbol reytinqinə görə qrupa birbaşa vəsiqə qazanıblar.
"Qarabağ" isə bir dəfə də olsun təsnifat mərhələsindən azad olmayıb. Buna Azərbaycanın UEFA reytinqindəki mövqeyi mane olur (hazırda 29-cu yer). Son 10 ildə "Qarabağ" 5 dəfə yarışa 2-ci, 5 dəfə isə 1-ci təsnifat mərhələsindən başlayıb. Bu isə o deməkdir ki, Ağdam komandası qrupa düşmək üçün ya 6, ya da 8 matç keçirməli olub.
"Qarabağ" Çempionlar Liqasının qrupunda oynayarkən
2017/18 mövsümündə isə "Qarabağ" mübarizəyə başladığı yarışda - Çempionlar Liqasında bütün rəqibləri keçərək qrupda oynamaq hüququ qazanıb. 2021/22 mövsündə isə Qurban Qurbanovun futbolçuları Konfrans Liqasında da bütün mərhələləri adlayaraq qrupa vəsiqəni təmin edib.
Digər mövsümlərdə isə "Qarabağ" Çempionlar Liqasına təsnifat mərhələsindən başlayıb, sonra Avropa Liqasının qrupuna düşüb.
Superkublar "Qarabağ"ın nailiyyətini təkrarlaya bilməyəcək. Çünki aparıcı Avropa ölkərinin klubları mübarizəyə Çempionlar Liqasının birbaşa qrupundan başlayır. Azərbaycan təmsilçisinin rekordunu yalnız "Seltik" və "Olimpiakos" kimi ortasəviyyəli ölkələrin komandaları qıra bilərlər.
O ki qaldı avropakubokların qrupunda ən uzunmüddətli çıxışa, burada rekordçu "Real" və "Barselona"dır. 1997/98 mövsümündən başlayaraq Madrid və Münhen təmsilçiləri daim qrupda oynayırlar. "Portu" 2003/04, "Barselona", "Benfika" və "Şaxtyor" isə 2004/05 mövsümündən Avropa kuboklarında qrupların daimi iştirakçılarıdır.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı