"Öncə "Qarabağ"ı təbrik edirəm. Ardıcıl 10-cu dəfə avrokuboklarda qruplara qaldılar. Düşünürəm ki, bu il uğurlu olacaq və qrupdan çıxacaqlar".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 5-ci turunda bu gün "Qarabağ"a qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, 2:1 hesablı qələbəni belə şərh edib: "Bu gün güclü rəqibə qarşı mübarizə apardıq. Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Əks-hücumları düşünürdük. "Qarabağ" kimi komandaya qarşı geridönüş etmək çətindir. Bu gün bunu bacardıq. Futbolçularıma təşəkkür edirəm, ritmi pozmadılar. Yaxşı oyunla qələbə qazandıq, təsadüf deyil".
O, rəqib baş məşqçi Qurban Qurbanovun "Səbail" futbolçularının vaxt aparmasından narazılığı ilə bağlı bildirib: "Razıyam, mən də belə deyərdim. Heç kim uduzmaq istəmir. Bunlar futbolun bir hissəsidir. Mən də vaxt aparmağın tərəfdarı deyiləm, amma futbol belədir. Təzyiq altında qalmışdıq və fasilə verməli idik. Bunlar tapşırığım deyildi, futbolçularım etdi".
Ş.Diniyev komandasının daha yaxşı olacağını qeyd edib: "Bu gün 11 nəfərdən 9-u yenidir. Komandanın özünü tapması üçün çalışırıq. Addım-addım gedirik. Oynadığımız 5 matçda heç bir rəqibə oyun planında məğlub olmadıq. Vaxt keçdikcə, daha yaxşı "Səbail" olacaq".
Ş.Diniyev "Qarabağ" qələbəsinə görə mükafat olacaqmı" sualını isə belə cavablandırıb: "Bu rəhbərlk heç vaxt bonus məsələsində bizi incitməyib. Bizə fərqi yoxdur, qələbənin mükafatı üç xaldır. Vacib olan da budur. Futbolçular da çəkdikləri əməyə görə bonus alırlar və bu, sıradan bir şeydir".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi