"Məğlub olsaq da, yaxşı oyun oldu. İki komanda tərəfdən dinamik matç keçdi. Deyəcək çox söz yoxdur. 100 faizlik imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Futbolun gözəlliyi budur. Nəticədən yox, oyundan, futbolçuların yanaşmasından razı qaldım".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 5-ci turunda bu gün səfərdə "Səbail"ə uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.
O, millinin oyunları bağlı çempionatda yaranacaq fasilədən tam yararlana bilməyəcəklərini bildirib: "Əfsuslar olsun, komanda olaraq birlikdə istirahət edə bilməyəcəyik. Digər futbolçulara üç gün istirahət verəcəyik və sonra çalışmağa başlayacağıq. Futbolçuların istirahətə ehtiyacı var".
Q.Qurbanov qapıda Andrey Lunyova yox, Şahruddin Məhəmmədəliyevə şans verməsi ilə bağlı da danıışıb: "Limit və meydança amili var idi. Digər tərəfdən təcrübə də vacibdir. Şahruddinin oynamasına ehtiyac var idi. Qərar belə oldu".
Baş məşqçi avrokuboklara görə yaranacaq sıx qrafikdə problemlərinin olacağını bildirib: "Bu, problemdir. Futbolçularımızı da saxlamalıyıq. Leandro Andrade milliyə gedəcək. Marko Yankoviçi heç meydana buraxmadım, onların yığmadakı oyunu daha tezdir. Çempionata normal formada hazırlaşa bilməmişik. İlk deyil, illərdir belə rotasiyalar edirik. Bu dəfə yaxşı alınmadı. Çatışmazlıqları proqramımıza baxıb, həll etməyə çalışacağıq".
Q.Qurbanov "Səbail" futbolçularının hesabda önə keçdikdən sonra vaxtı uzatmaları ilə bağlı deyib: "Vaxt keçirmək olar, amma hakimlərə deyəndə deyirlər vaxtı əlavə edəcəyik. Lakin məsələ bu deyil. Oyunu ələ alırsa, 3-4 dəqiqəlik pauza yaranır. Bu, futbolçularda qıcıq yaradır. Bu qədər vaxtı aparmalarını, tempin aşağı düşməsini istəməzdim. Hakimə bildirirdim ki, əvvəldən xəbərdarlıq et, belə hallar yaşanmasın. Vaxt aparmaq rəqiblərin taktiki planıdır. Qarşıdakı rəqib də həddən artıq istəkli olanda onlara hörmətlə yanaşıram. Qələbə üçün hər variantdan istifadə edirlər. Bu qədər temp salmasaq yaxşı olar".
Q.Qurbanov "Qışdan sonra itirlən xalları kompensasiya etmək olacaq" sualını da da cavablandırıb: "Qışa kimi kompensasiya etmək lazımdır. Qarşıdakı oyunlarda daha aktiv olmalıyıq. Növbəti ili bilmək olmaz. Bəlkə, qrupda uğurlu olduq və növbəti ili sıx qrafikdə keçirdik. Neçə ildir bu yoldayıq. Sadəcə bu mövsüm startda itkilər çox oldu. Liderlər sırasında olmaq istəyiriksə, aktiv olmalıyıq. Düzünü etməyə çalışacağıq. Biz də uğurlu olmaq istəyirik. Hər turnirdə maksimum gücdən istifadə etməyə çalışmışıq. Əvvəlki illərdə olduğu kimi çalışırıq ki, nəticələrimizi minimum qoruyub-saxlayaq, maksimum daha yaxşı edək".
"Qarabağ"ın çalışdırıcısı zədəli futbolçusu Bədavi Hüseynovun komandaya qoşulmasə üçün 15-20 gün vaxt lazım olduğunu da deyib.
Q.Qurbanov çempionatın əvvəlindəki xal itkilərinin onlar üçün faciə olmadığını bildirib: "Amma nəticəyə təsir edə bilər. Xallarımızdan razı deyilik, amma görünür ki, çempionat bu il fərqli olacaq. Bəzən böyük çempionatlarda görürsən ki, 10 ildən bir düşünülməyən nəticə olur. Xal itirməyən komanda yoxdur".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi