"Neftçi"nin kapitanı Emin Mahmudov Misli Premyer Liqanın 5-ci turunda “Sumqayıt”a qarşı matç ikiqat əlamətdar olub.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu qol ötürməsini etdiyi görüşdə 200-cü dəfə “ağ-qara” formanı geyinib.
Mahmudov Premyer Liqada 158 (38 qol), Azərbaycan kubokunda 17 (4 qol), avrokuboklarda isə 25 (9 qol) dəfə “Neftçi”nin şərəfini qoruyub.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2017-ci ildən "Neftçi"də oynayır.
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu