“Maraqlı və gərgin oyunun şahidi olduq. Hər iki komanda qələbə üçün mübarizə aparırdı”.
Qol.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə “Qəbələ”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Mütəxəssis komandasının ikinci hissədə daha yaxşı oynadığını bildirib: “Standart vəziyyətdən qol buraxdıq. İlk hissədə qoldan sonra reaksiya verə bilmədik. İkinci hissdə fərqli "Zirə" gördük. Sadəcə olaraq son vuruşlarda dəqiqlik çatmadı. Buradan 1 xalla ayrıla bilərdik. Uduzduğumuza görə məyusuq".
O, “Qəbələ” ilə oyunlarının uğursuz alınmasına belə münasibət bildirib: “Bəli, “Qəbələ” ilə oyunlarımız nəticə baxımından uğursuz alınır. Elə matçlar olub ki, açıq-aşkar üstün oynayırdıq. Bu gün seçim imkanım olsaydı, "Qəbələ" ilə qarşılaşmaq istəməzdim. Bilirdik ki, rəqib son döyüşə çıxacaq. İstəkli idik, növbəti qələbəni qazanmaq istəyirdik, amma alınmadı”.
Sadıqov komandasının üzvü İlkin Muradovun əsas komandadan kənarda qalmasına da münasibət bildirib: “Cəzalandırmaq deməzdim. İlkin komandamızdadır. Performansı ilə bağlı belə əsas heyətdən kənarda qalmasına qərar vermişik. Növbəti turlarda onu da görə bilərik, komandadan getməsi də mümkündür. Elə məsələlər var ki, media qarşısında danışa bilmərik. Bəzi problemlər var. Həll etməyə çalışırıq".
“Zirə”nin baş məşqçisi Qismət Alıyevə hansı tapşırıq verməsindən də söz açıb: “Bilirdik ki, keçmişdə mərkəzdə oynayıb. İsmayılın itkisindən sonra yerli oyunçu ilə bağlı problem yaşayırıq. Buna görə belə qərar verdik. Yarımüdafiədə də Qismət yaxşı oynadı”.
Milli komandaya "Zirə"dən kimlərin çağırılması haqda isə Rəşad Sadıqov bunları söyləyib: “Yəqin ki, bizdən çağırılanlar əsas heyətdə oynamayacaq. Mən məşqçi olaraq istəyərdim ki, getməsinlər, bizimlə birlikdə hazırlaşsınlar. Amma çağırsalar da futbolçular canla-başla gedəcəklər”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi