"Qarabağ" - "Olimpiya" oyunu 2-ci sırada

"Qarabağ" - "Olimpiya" oyunu 2-ci sırada
ÖLKƏ FUTBOLU 2 Sentyabr 2023 / 09:49 3903
-  A +

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Qol.az xəbər verir ki, "Qarabağ"ın Bakıda "Olimpiya"ya qarşı keçirdiyi cavab matçı (1:1) sıralamada ikincidir. Oyunu Tofiq Bəhramov adına Respublika stadionunda 27 354 nəfər izləyib.

Ən çox tamaşaçı isə "Ayaks" (Niderland) - “Ludoqorets” (Bolqarıstan) görüşündə qeydə alınıb- 50 900 nəfər.

Qeyd edək ki, "Qarabağ" ilk görüşdə Sloveniya təmsilçisinə qalib gəldiyi üçün (2:0) Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. 

Daha çox


Son xəbərlər
topaz banner