Azərbaycanın minifutbol klublarının rəqibləri müəyyənləşdi

Azərbaycanın minifutbol klublarının rəqibləri müəyyənləşdi
ÖLKƏ FUTBOLU 1 Sentyabr 2023 / 23:00 1312
-  A +

Bolqarıstanın paytaxtı Sofiyada minifutbol üzrə 2023/2024 avrokubok mövsümünün püşkatma mərasimi keçirilib.

Qol.az xəbər verir ki, tədbirdə Azərbaycan klublarının da rəqibləri müəyyənləşib.

Çempionlar Liqasında mübarizə aparacaq təmsilçilərimizdən "Birbaşa Bakı" C qrupunda "Prestij" (Albaniya), "Volta" (Moldova) və "Maqufana" (Yunanıstan) ilə qarşılaşacaq. "Zirə" isə F qrupunda "Terra Trak" (Bolqarıstan) və "Andezit" ilə münasibətləri aydınlaşdıracaq.

Digər Azərbaycan klubu "Zəngəzur" Avropa Kubokunda çıxış edəcək. A qrupunda rəqiblər "Qalaktiko Vratsa" (Bolqarıstan), TMT (Yunanıstan) və "Veşka Olomuts" (Çexiya) klublarıdır.

Daha çox


Son xəbərlər
topaz banner