"Səfərdə qələbə qazanmaq möhtəşəmdir. Ötən tur biz də məğlub olmuşduq, "Sabah" da. Bilirdik ki, rəqib ardıcıl iki oyunda məğlub olmaq istəmir".
Qol.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 5-ci turunda bu gün səfərdə "Sabah"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 3:0 hesablı səfər qələbəsini belə şərh edib: "Bu gün futbolçularım soyuqqanlı oynadılar. Bir daha əmin olduq ki, çempionat gərgin keçəcək. Çalışacağıq ki, milli komandaların oyunları ilə bağlı yaranan fasilədən səmərəli istifadə edək. "Səbail"ə məğlub olandan sonra rəhbərlik arxamızda durdu. Onlara təşəkkür edirəm. İşimizə davam etməliyik. 3-4 turdan sonra nəticə çıxarmaq tez olar. Bu qələbə heç nə demək deyil".
A.Abbasov Premyer Liqadakı hədəfləri ilə bağlı sualı da cavablandırıb: "Bizim hədəfimiz böyükdür. Hədəf odur ki, "Turan Tovuz"u iddialı edək. İddialı olmaq üçün bir il kifayət deyil. Azərbaycanda hamı avrokuboklara getmək istəyir. Bu gün 6-7 transfer edib elə bilirik ki, hazırıq. İdarə Heyətinin sədri Ehtiram Quliyev bildirib ki, biz klub olmaq istəyirik. Klub olmaq üçün bütün sahələr inkişaf etməlidir. Hədəfimiz hər oyunda uduzmamaqdır. Reallıqlar var. Oturuşmuş komandalar avrokuboklar uğrunda oynayırsa, bizim bu gün bunu deməyimiz düzgün olmaz.
Klub rəhbərliyinin sona qədər bizə dəstək verəcəyinə inanıram. Bizə inanırlarsa, gecəmizi-gündüzümüzü verməyə hazırıq. Çünki, bu, bizim işimizdir. Klubun daxilində möhtəşəm ab-hava var. İnanıram ki, bu çətin yolu birlikdə addımlayacağıq".
Baş məşqçi akademiyanın futbolçularına da şans verəcəklərini bildirib: "Keçən il də bəzi futbolçular Premyer Liqada debüt etdilər. Bu gün akademiyanın yetirmələri əvəzedici komandada çıxış edirlər. Futbolçular hazır olmalıdır. Turnir cədvəli imkan verərsə, əlbəttə şans verəcəyik".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi