Julio Romao: "Avropa Liqasında titul axtarışına çıxacağıq"

Julio Romao: "Avropa Liqasında titul axtarışına çıxacağıq"
ÖLKƏ FUTBOLU 1 Sentyabr 2023 / 10:58 4837
-  A +

"Qarabağ"ın futbolçusu Julio Romao Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmaları haqda danışıb.

Qol.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Terra"ya açıqlamasında qürurlandığını bildirib:

"Çox xoşbəxtəm, xüsusən də bütün oyunlarda iştirak etdiyim üçün. Şübhəsiz ki, bu, mənim həyatında xüsusi məqam olacaq. Artıq qrup mərhələsindəki rəqiblərimizi gözləməliyik. Bu, çox güclü və rəqabətli turnirdir. Biz də titul axtarışına çıxacağıq".

Qeyd edək ki, "Qarabağ" pley-offda Sloveniya "Olimpiya"sını iki oyunun nəticəsinə əsasən məğlub edib - 2:0, 1:1.

Daha çox


Son xəbərlər
23.02.26  20:06

Gedirlər - Şəkillər

23.02.26  12:50

Ozobiçdən 70-ci qol

topaz banner