“Çətin oyun oldu. Rəqib hücumameyilli oyuna üstünlük verirdi. Biz buna hazır idik. Meydanda vuruşduq, xarakter göstərdik. Məqsədimiz lazımı nəticəni qazanıb, qrup mərhələsinə düşmək idi. Buna da nail olduq”.
Qol.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir “Olimpiya”ya qarşı keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü (1:1) barədə danışarkən deyib.
O, sabah keçiriləcək püşkatma mərasimində yenidən “Rakov”la rəqib olmaları ehtimalı haqda sualı belə cavablandırıb: “Həmişə böyük klublarla oynamaq istəyirsən. Bu, bizim üçün böyük təcrübədir. Əgər "Rakov"la düşsək belə, qələbə qazanmağa çalışacağıq”.
Fransalı futbolçu son 2 oyunda kapitan sarğısı ilə meydana çıxmasından da söz açıb: “Baş məşqçi kapitan sarğısını mənə etibar edəndə çox sevindim. Ancaq buna fokuslanmıram. Meydanda ən yaxşısını edib komandama kömək etmək istəyirəm. "Qarabağ"ın kapitan sarğısını daşımaq böyük şərəfdir”.
O, daha bir qol vuracağı halda Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran oyunçu olması barədə məlumatsız olduğunu bildirib: “Bunu dediyiniz üçün təşəkkürlər. Reynaldonun Ağdam təmsilçisində etdiklərindən xəbərdaram. Burada möhtəşəm karyerası var. Belə bir nailiyyəti əldə etmək mənimçün də xoş olar. Qrup mərhələsində bunu edəcəyimə ümid edirəm”.
Zubir 6 il əvvəl, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə düşəndə aldığı təklifi dəyərləndirmədiyi üçün peşman olduğunu söyləyib: “Təklifdən bir neçə ay sonra "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki oyununa baxanda çox məyus olmuşdum, peşmanlıq hissi keçirmişdim. Burada oynamaq hamının arzusudur. Bununla belə, dünyanın sonu deyil. Yenidən bu imkanı əldə edəcəyik”.
O, son zamanlar baxımlı oyundan çox nəticəyə oynamaları haqda iddialara belə münasibət bildirib: “Əksər komandalar hazırda nəticəyə oynayırlar. Yaxşı oynayıb məğlub olanda soruşacaqsınız ki, niyə uduzdunuz? Baxımlı oyun zamanla olacaq. Əsas nəticə qazanmaqdır”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi