“Futbolçularımı təbrik edirəm. Azarkeşlərimizi də həmçinin. Fanatlarımızın hər birinə təşəkkür edirəm. Çox gərgin oyun olsa da, nəticə bizi qane etdi”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində “Olimpiya”ya qarşı keçirilən oyundan sonra deyib.
Təcrübəli mütəxəssis 1:1 hesablı heç-heçəni belə şərh edib: “Heç bir futbolçuya irad bildirmək istəmirəm, çox əziyyət çəkdilər. Bu gün problemlərimiz var idi. Buna baxmayaraq, bizim üçün qrupda iştirak etmək vacibdir. Hansısa uğuru əldə etmək, hansısa səviyyəyə çatmaq asandır, qalmaq çətindir. Yenə də öz azarkeşlərimizi Avropa futbolundan ayırmadıq. Ən azından ilin sonuna kimi avrokubok həyəcanını yaşayacağıq. Böyük təcrübə oldu. Heyətdə dəyişikliklər var idi. Futbolçuların bir neçəsi belə gərgin qrafikdə oynamamışdı. Bu gün bunu hiss etdilər. İnanıram ki, qarşıdakı illərdə bu xarakter bizə kömək olacaq".
Qurbanov nəticədən razı qaldığını bildirib: “Bu gündən narazı qalmamışam. Əksinə, nəticədən razı qaldım. Bu qədər müdafiəyə fikir verməmişdik. Vacib idi ki, bu gün komanda kimi yaxşı müdafiə olunaq. Amma sırf tapşırıq olmamışdı ki, müdafiə futbolu oynayaq. Daha çox hücum etmək istəyirdik. Bilirdik ki, rəqib böyük riskə atılacaqdı. Futbolçularım lazımı anda yaxşı müdafiə oluna bildilər”.
O, heyətdə itkilərlə üzləşdiklərini qeyd edib: “Bəzən düşünmədiyimiz elə hallar yaşanır ki, komandanı tam əldə saxlamaq çətin olur. Çox vacib oyunçularımız zədələndi. İstərdim ki, bu gün komandam daha hazırlıqlı olsun. Amma sıx qrafikimizə baxanda futbolçular çox yorulur. Təkcə fiziki olaraq yox, psixoloji gərginlik, yorğunluq var. Hər 2-3 gündən bir oyuna hazırlaşmaq o qədər asan deyil. Çalışacağam ki, hazırlığımız daha da yaxşı olsun”.
“Qarabağ”ın çalışdırıcısı 10-cu dəfə avrobkubokların qrup mərhələsinə vəsiqə qazanmalarına belə münasiət bildirib: “Təcrübəmiz var. Sadəcə bu təcrübədən düzgün istifadə etmək üçün, komandanın tam hazır, sağlam olması lazımdır. Vaxtımız olacaq. Bəzi oyunçuları geri qaytaracağıq. Görək sabah püşkatmada nə olur. Sonra dərindən fikirləşəcəyik”.
Qurbanov qapıçı Şahruddin Məhəmmədəliyevi gözdən çıxarmadığını qeyd edib: “Elə fikrimiz yoxdur. Şahruddin bizim oyunçumuzdur. Sadəcə düşünmədiyimiz hallar yaşanır, düşünmədiyimiz hadisələr baş verir. Ona görə bəzən komandada 1 yox, 4 qapıçı saxlayırıq, 11 futbolçu yox, 20-22 oyunçu olur. Rotasiyalar edə bilək. Şahruddinin qarşıdakı matçlarda oynamaq ehtimalı var”.
“Qarabağ”ın çalışdırıcısı Marko Yankoviçin durumuna da toxunub: “Ciddi bir şey yoxdur. Toqquşma oldu, ağrı hiss etdi. Sabah vəziyyətinə tam aydınlıq gələcək”.
Qurbanov püşkatmadan gözləntiləri haqda sualı belə cavablandırıb: “Məndə heç vaxt belə düşüncə olmayıb ki, hansı ölkənin komandası ilə qarşılaşmaq istəyərdik, ya yox. Amma futbolun inkişafı üçün, bu idman növünü daha da sevdirmək üçün, azarkeşlər böyük klubları burada görmək istəyirlər. Dəfələrlə bu hallar yaşanıb. “Böyük beşlik”dən olan komandaları Bakıda görmək hər bir azarkeş üçün maraqlıdır. Kim olursa-olsun narazılıq bildirməyəcəyik.Əksinə, böyük komandalar olanda, böyük hesabla məğlub olmaq böyük riskdir, onları canlı görmək xoş olub. Həm məşqçiləri ilə ünsiyyətdə olmaq, mənim üçün maraqlıdır. Böyük klublar da düşsə, narazı olmayacağam, sevinəcəyəm”.
Mütəxəssis komandasının qapısına təyin olunan, sonradan ləğv edilən penalti epizoduna da toxunub: “Həmin anda bir neçə variant düşündüm. Əksinə, tam sakitləşdim. İlk fikrim o oldu ki, futbolçuları sakitləşdirəm. Ümumən desəm ki, qlobal nəsə fikrim oldu, xeyr”.
Qurban Qurbanov hakimin təcrübəli olmaını xüsusi qeyd edib: “La Liqada 200 oyun, eləcə də "El Klassiko"nu idarə edib, az təcrübəsi yoxdur. Hakimlər haqda o qədər də fikir bildirmirəm. Sadəcə VAR-ın bu tərəfləri də var. Hətta orada da düzgün qərar qəbul etmək bəlkə də asan deyildi. Rəqibin baş məşqçisinin sözlərinə fikir bildirmək istəmirəm. Başa düşürəm. Belə oyunda əgər elə epizodlar olubsa, istər-istəməz neqativ fikirlər olacaq. Mən də bu situasiyada olmuşam. Məncə, təcrübəli hakimlər haqda bir o qədər fikir bildirmək doğru olmaz”.
Mütəxəssis transfer çalışmalarından da söz açıb: “Ayın 5-nə kimi hansısa transferi həyata keçirməyə çalışacağıq. Danışılar gedir, baxırıq, nəzərdən keçiririk. Mütləq 1-2 transfer etmək istəyərdik”.
O, məsuliyyətərinin artdığını vurğulayıb: “Hər il qruplarda oynamaq, belə uğur əldə etmək, həm rəhbərliyə mənə, futbolçulara əlavə məsuliyyət və inam verir. Baxmayaraq ki, çempionatda bizim böyük problemlərimiz olur. Amma böyümək üçün mütləq belə çətinlikləri düzgün analiz edib, düzgün qəbul etməli və hazır olmalıyıq. 10 rəqəmini tamamlamaq istəyirdik. Yəqin ki, budəfəki nəticə hansısa illərdən mənim üçün daha önəmli oldu”.
"Mançester Yunayted"in futbolçusu sıradan çıxdı
Turin klubu yeni baş məşqçisini açıqladı
Futbolçuya həm cərimə, həm 6 aylıq qadağa tətbiq olundu
La Liqa matçlarında ən çox ötürmə edən futbolçular kimlərdi?
Dibala vətəninə qayıdır
Gedirlər - Şəkillər
“Neftçi”də 9 nömrə əbədiləşdirildi
"Onun etdiklərini heç vaxt unutmayacağam"
"Barselona" maliyyə pozuntuları ilə bağlı bəyanat yaydı
Cüdoçularımız "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər
İrqçi davranışına görə "Real"la oyunu buraxacaq
Superliqa klubları bugünkü matça itkilərlə çıxacaq
FİFA-dan yeni qayda təklifi: futbolçular gözləməli olacaq
Böyük hesabla uduzdular, baş məşqçini göndərdilər
Stadnik Azərbaycan millisinin böyük məşqçisi oldu
2-ci liqada ilin ilk oyunları keçirildi
Emreli: “Daha çox qol vurmaq istəyirəm"
Millimiz Tacikistana uduzdu
Qızının səhhətində problem yarandı - Millidən istefa verdi
"Nyukasl"la oyunda yaxşı nəticə əldə edə bilərik" - Montiel
“Sabah”dan ardıcıl 10 qələbə və rekord
Modriç "Dinamo"ya qayıda bilər
PFL-dən Ayxan Abbasova cavab - “Bunu demək etik deyildi”
Ozobiçdən 70-ci qol
“Neftçi” etdi, indi növbə “Qarabağ”dadır…
“Bakı” klubunun mənə 180 min dollar borcu qaldı” - Müsahibə
Güləşçimiz Belarusda qızıl medal qazandı
Davit Volkov 100-ə çatdı
O tribunaya Anatoli Banişevskinin adı verildi - Şəkillər