“Sumqayıt”la oyunun birinci hissəsində yaxşı oynamadıq. Fasilədən sonra toparlandıq, məşqlərdə, eləcə də oyundan əvvəl baş məşqçinin bizdən istədiyini meydanda tətbiq etməyə çalışdıq. Yəni ikinci hissədə oyunumuzu nümayiş etdirməyi bacardıq".
Qol.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Vanderson Misli Premyer Liqasının 5-ci turunda Gəncədə “Kəpəz”lə oyun öncəsi klubun saytına açıqlamasında deyib.
"İndiyə qədər Premyer Liqada 4 oyun keçirmişik. Komandamız yeni qurulub, hətta elə alındı ki, gecə yol gəlib, səhər meydana çıxan futbolçumuz oldu. Buna görə də adaptasiya üçün vaxta ehtiyac var. Demək olar, heyətimizin 90 faizi yenidir. Amma arxada qalan 4 oyunu analiz etsək, “Qarabağ”a qarşı daha yaxşı oynadığımızı deyə bilərəm. İlk matçımız da pis alınmadı. Fərqlənmək üçün epizodlarımız oldu. Təəssüf ki, hər iki görüşdə uğur qazana bilmədik. Adaptasiya prosesini tez kesək, nəticələrimiz yaxşılaşacaq" - deyə o bildirib.
Braziliyalı futbolçu “Kəpəz”lə oyunun maraqlı keçəcəyini vurğulayıb: "Onlar da xoş təsir bağışlayırlar. Məncə, ilk mini finalımız olacaq. Bilirsiniz ki, turnir cədvəlində 4 komandanın 4 xalı var. Bu baxımdan oyunu final hesab etmək olar. Qələbə qazanan bir addım önə keçəcək. Yaxşı hazırlaşırıq, baş məşqçinin dediklərini düzgün etməyə çalışırıq ki, yekunda yaxşı nəticə qazanaq. Həm də bu oyun Bakıdan kənarda keçirəcəyimiz ilk matç olacaq".
O, Misli Premyer Liqasının maraqlı keçdiyini deyib: "İstər turnir cədvəlinə baxsaq, istərsə də oyunlara diqqət yetirsək gərgin mübarizənin getdiyini görürük. Bütün komandalar meydana qələbə qazanmaq məqsədilə çıxır. Bu, yaxşı haldır. Hazırda bizim komandada adaptasiya prosesi gedir. Oyunçuların uyğunlaşması başa çatdıqdan sonra daha yaxşı oynayacaq, uğurlu nəticələrimizlə sevindirəcəyik".
Vanderson komandaya və ölkəyə tam uyğunlaşdığını söyləyib: "Bura gələnə qədər Ukrayna və Belarusda da forma geyinmişəm. Premyer Liqanız Ukrayna çempionatına daha yaxındır. Rus dilində də qismən danışıram, bu da çox köməyimə çatır.
Komandada İqor Ribeyro və Nuno Rodrigeslə daha çox ünsiyyət qururam. Onlar portuqal dilində danışırlar. Rus dilini bilməyim də köməyimə çatır. Burada darıxmıram".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi