Bu gün "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində cavab görüşünə çıxacaq.
Ağdam təmsilçisi son Sloveniya çempionu "Olimpiya"nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq. Qurban Qurbanovun komandası ilk görüşdə 2:0 hesablı qələbə qazandığından onların qrupa düşmək şansı yüksək qiymətləndirilir. Komanda uğursuzluğa məruz qalacağı halda isə Konfrans Liqasının qrupunda yarışmalı olacaq.
Beləliklə, bugün nəticənin "Qarabağ" üçün müsbət və ya mənfi olacağından asılı olmayaraq, bir şey dəqiqdir: komanda ən azı dekabrın ortalarına kimi avrokubokun qrupunda yarışacaq.
Bəs, görəsən, "Qarabağ" qrup oyunları üçün yeni oyunçu(lar) alacaqmı? Baş məşqçi Qurban Qurbanov dünən keçirdiyi mətbuat konfransında bununla bağlı fikirlər səsləndirib. Ona keçməzdən əvvəl isə qeyd edək ki, Avroliqa və Konfrans Liqasında qrup mərhələsinin ilk matçı sentyabrın 21-də start götürür. Püşkatma mərasimi isə sabah - sentyabrın 1-də keçiriləcək və rəqiblərin adına aydınlıq gələcək.
Amma yeni transfer(lər) üçün klubun çox az vaxtı qalıb - cəmi 4 gün. Məsələ burasındadır ki, sentyabrın 4-ü, saat 23.59-a qədər Avropa klubları qrup mərhələsinin (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) matçları üçün sifariş ərizələrini UEFA-ya göndərməlidir. O tarixdən sonra alınacaq oyunçu isə qrupun oyunlarına sifariş oluna bilməyəcək və bu mərhələnin matçlarını buraxmaq məcburiyyətində qalacaq.
Bəs, "Qarabağ"ın yeni transferi gözlənilirmi? Məlum olduğu kimi, Ağdam klubu avqustun 19-dan başlayaraq qısa müddətdə 2 oyunçu alıb - rusiyalı qapıçı Andrey Lunyov və braziliyalı müdafiəçi Mateus Silva. "Qarabağ" bu yay daha əvvəl isə Hamidu Keyta, Juninyo və Patrik Andrade də heyətinə qatıb.
Qurban Qurbanovun "transfer ola bilər" mesajı
Amma belə görünür ki, transferlər bu 5 futbolçu ilə bitməyə də bilər. Baş məşqçi Qurban Qurbanov dünən "Olimpiya" ilə oyun öncəsi keçirilən mətbuat konfransında bununla bağlı sualı cavablandırıb. Onun dediyinə görə, klub son ana qədər bu məsələyə görə iş başında olacaq. O deyib:

"Biz tranfser məsələsində aktivik. Nəzərdən keçirdiyimiz futbolçular var. Sadəcə son günlərdə qarşı tərəfdən passivlik hiss olunur. Son ana qədər iş başında olacağıq. Bizə uyğun, faydalı oyunçu olsa, mütləq komandamızda görmək istəyərik. Futbolçular sıx qrafikdə oynayırlar. Ona görə daha çox oyunçuya ehtiyac var. Komandanı gücləndirmək barədə indi daha çox düşünürük" .
Beləliklə, bu sözlərlə Q.Qurbanov tezliklə yeni transferin ola biləcəyinin mesajını verdi. Amma qeyd etdiyimiz kimi, əsas məsələ transferin uzağı sentyabrın 4-nə kimi gerçəkləşməsidir. Bu halda yeni futbolçu qrupda oynaya biləcək.
Əlavə edək ki, Azərbaycanda isə transfer pəncərəsi sentyabrın 5-də bağlanacaq. O tarixdən sonra hazırda klubsuz olan (azad agent) futbolçu heyətə cəlb edilə bilər (qış transfer pəncərəsi dövründə isə müqaviləli futbolçu da). Azad agent statuslu oyunçuların Azərbaycan Premyer Liqasının oyunlarına 2024-cü ilin aprelin 10-dək sifarişi mümkün ola biləcək. Yəni həmin vaxta kimi azad agentin transferinə icazə var. Niyə həmin tarix?
Çünki çempionat və kubok oyunlarında həlledici mərhələ adətən, məhz həmin tarixdən sonra başlayır. Odur ki, Peşakar Futbol Liqası idman prinsiplərinin pozulmaması üçün göstərilən vaxtdan sonra azad agentin transferini qadağan edib.
ELNUR
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi